Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:37

Jagland siyasi məhbusları azad etdirə biləcəkmi?


Thorbjorn Jagland
Thorbjorn Jagland
-
“Azərbaycanın Avropa Şurasında 6 aylıq Nazirlər Kabinetinə sədrlik dövrünün başlanması ilə bağlı siyasi məhbusların və vicdan məhbuslarının azadlığa çıxması prioritet vəzifələrdən biridir. Bu, Azərbaycan üçün də, Avropa Şurası üçün də çox vacibdir və ilk addımın atılması, gələcəkdə əməkdaşlığın daha yaxşı müstəviyə keçməsi üçün şərait yarada biləcək”.

Bunu mayn 20-də Bakıda hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşündə Avropa Şurasının baş katibi Thorbjorn Jagland bildirib.

Bu haqda AzadlıqRadiosuna görüşdə iştirak etmiş REAL Hərəkatının icra katibi Natiq Cəfərli məlumat verib.

Thorbjorn Jagland səfərinin əsas məqsədlərindən birinin məhz siyasi məhbuslarla bağlı olduğunu deyib.

“Cənab baş katib İlqar Məmmədovun məsələsini daima diqqətdə saxladıqlarını vurğuladı. Dedi ki, İlqar Məmmədov, Anar Məmmədli, NİDA-çı gənclər və digər siyasi məhbusların azad olunması prioritet vəzifələrdən biridir”.

Baş katib Thorbjorn Jaglanda siyasi məhbusların siyahısı təqdim olunub.

Bu haqda Jaglandla vətəndaş cəmiyyəti, hüquq müdafiəçilərinin görüşündə iştirak etmiş El hərəkatının sədri Eldar Namazov məlumat verib.

Görüşdə Azərbaycanda demokratiya, insan haqlarının durumu, siyasi məhbuslar problemi, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirmə vəziyyətləri müzakirə olunub.

Avropa Şurasının baş katibi Bakıya mayın 20-də gəlib.

Səfər ərəfəsində Jagland demişdi ki, “çox ümid edirəm ki, Azərbaycan əməkdaşlıq etmək və Avropa standartlarına cavab vermək niyyətini nümayiş etdirmək üçün bu imkandan istifadə edəcək”.

Səfər mayın 21-ə qədər davam edəcək.
XS
SM
MD
LG