Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:34

Yeni qanlı döyüşlər, yeni girovlar, yeni prezident (Ukrayna xronikası 28 may-1iyun )

Mayın 29-da Slavyanskda separatçılar Ukrayna vertolyotunu vurublar, 1 general və 13 Ukrayna hərbçisinin öldüyü bildirilir.

Donbassda müharibə davam edir. Ukrayna ordusu mobil yaraqlı separatçı qrupları ilə gündəlik döyüşlər aparsa da, üstünlük əldən-ələ keçir

Ağır döyüşlər mərkəzinin coğrafiyası da hər gün dəyişir, mayın 27-də Donetsk, mayın 28-də Luqansk, mayın 29-da Slavyansk.

Sayı gündən-günə artan ölən və yaralananlarla yanaşı girov girov götürülənlər haqda da xəbərlər gəlir. Regionda 8 ATƏT müşahidəçisinin yoxa çıxdığı bildirilir.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
16:04 29.5.2014
CƏBHƏ XƏBƏRLƏRİ

Bu video mayın 28-də Luqanskda separatçılarla Ukrayna hərbçilərinin atışması zamanı çəkilib. Burada baş verənlər haqda ziddiyətli xəbərlər gəlir, amma məlumdur ki, hər 2 tərəf itki verib.

Bu xəbərlərə artıq "Donbass müharibəsi xronikası" adını qoymağın vaxtıdır. Beləliklə,

Slovyanskda yaraqlı separatçılar Ukrayna ordusunun vertolyotunu vurublar. Rəsmi mənbələrə əsasən, 14 Ukrayna hərbçisi, o cümlədən general Vlasdimir Kulchitskiy həlak olub. Xəbər verilir ki, vertolyot Slovyansk yaxınlığındakı Karacun yükəskliyinə, burada televiziya qülləsini mühafizə edən Ukrayna ordusuna təhcizat aparırdı.
16:26 29.5.2014

AzadliqRadiosu Rusiya xidmətinin xəbərinə əsasən Kramatorsk və Slavyansk ətrafında Ukrayna ordusunun silahlı separatçılara qarşı xüsusi əməliyyatları başlayıb. Reaktiv və ağır artilleriya atəşlərindən gizlənən separatçıların yaşayış rayonlarına sığındığı bildirilir.
17:21 29.5.2014

UKRAYNA VERTOLYOTUNUN VURULDUĞU KARAÇUN YÜKSƏKLİYİ


Slavyansk yaxınlığında yerləşən bu yüksəklikdə regiona TV verilişlərinin yayımını həyata keçirən stansiya yerləşir. Aprel ayında Slavyasnkda hakimiyyəti zəbt edən yaraqlı separatçılar bu stansiyanı ələ keçirərək Ukrayna kanallarının yayımını dayandırmış, əvəzində Rusiya kanallarını efirə verməyə başlamışdılar. Antiterror əməliyyatına başlayan ukrayna ordusunun ilk əməliyyatlarından biri bu teleqüllənin geri qaytarılması oldu. Çünki Rusiya televiziya jurnalistlərinin hazırladığı təbliğat reportajları (bu bloqun əvvlki postlarna bax) Ukraynaya istənilən ordudan güclü zərbələr vurur. Bu telekanallrın təsiri altında yerli əhali Ukrayna hakimiyyətini xunta, faşist adlandırır, separatçıları isə "rus xalqını soyqırımından qoruyan qəhrəmanlar" sayır. Bu "qəhrəmanlar" isə hər gün, Krımdan və Rusiyadan gələn müasir silahlarla Ukrayna ordusunun Karaçun təpəsindəki mövqelərini bmbardıman edirlər. Slavyansk yaxınlığındakı aprel döyüşlərində artıq Ukrayna ordusunun 2 vertolyotu vurulmuşdu. Mayın 29-da daha bir vertolyotun vurulması ekspertləri təəccübləndirmədi.

Davamı

XS
SM
MD
LG