Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:20

Ermənistan Avrasiya Birliyinə Qarabağsız getmək istəmir


N.Nazarbayev, A.Lukashenko və V.Putin Astanada - 29 may 2014
N.Nazarbayev, A.Lukashenko və V.Putin Astanada - 29 may 2014
-
Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib ki, Ermənistan Avrasiya Birliyinə qoşulmaq haqda sənədi iyulun 1-ə kimi imzalayacaq, bir şərtlə ki, Ermənistanın bu birliyə qoşulması BMT-nin tanıdığı sərhədlər daxilində olacaq, yəni Dağlıq Qarabağsız.

Nazarbayev-in belə deməyi Ermənistanda hamını narahat edib.

Mayın 29-da parlamentin iki komissiyasının birgə iclasında xarici işlər nazirinin iki müavini deputatlara izah etməyə çalışıb ki, Ermənistan Avrasiya Birliyinə daxil olanda Dağlıq Qarabağın statusu nə olacaq.

Deputatlar bu suala nazir müavinlərindən dəqiq cavab ala bilməyiblər.

Deputatları maraqlandıran əsas suallar isə belə olub: Ermənistanın BMT-nin tanıdığı sərhədlər çərçivəsində Avrasiya Birliyinə daxil olması Ermənistan qarşısında şərt kimimi qoyulub? Ermənistan buna razı olacaqmı?

Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsi olacaqmı?

Bu suallara Ermənistanda hələ cavab yoxdur.

Ermənistanın keçmiş xarici işlər naziri Alexander Arzumanyan Nazarbayev-in bəyanatından narahatdır:

«Biz hamımız narahat olduq və cavab almadıq. Astanada deyilib ki, ölkə daxil ola bilər, BMT sərhədləri çərçivəsində. Hazırda Rusiya müqaviləni imzaladı. Problem nədədir? Rusiya anneksiya etdiyi Krımla daxil ola bilər, Ermənistan Dağlıq Qarabağla daxil ola bilməz?!».

Parlament müzakirəsində xarici işlər nazirinin müavini Sergey Manasaryan deyib ki, Ermənistanın birliyə daxil olmasının bütün konseptual tərəfləri həll olunub, qalıb yalnız texniki məsələlər. Ermənistan iyunun 15-nə kimi birliyə qoşulmağı planlaşdırır.

Avrointeqrasiya üzrə Parlament komissiyasının sədri Naira Zohrabyan isə hesab edir ki, ortada hansısa problem var. Yoxsa, heç olmasa, xarici işlər naziri müəyyən informasiya verə bilərdi.
XS
SM
MD
LG