Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:35

Ukrayna böhranı (2-4 iyun xronikası)

Luqansk və Donetsk vilayətlərinə Rusiyadan daxil olan hərbi yardımın qarşısını almağa can ata Ukrayna hakiiyyətinin bunu necə həyata keçirəcəyi açıqlanmır

- Ukrayna prezidentinin səlahiyyətlərini yerinə yetirən Turchynov vəzifəsinin sonuncu günü ölkə şərqində hərbi vəziyyət elan etmək təklifini səsləndirib.

- Luqanskda 2 günlük döyüşdən sonra Ukrayna sərhədçiləri mövqelərini separatçılara təhvil veriblər

- Avropa səfərində olan Barack Obama Ukraynaya yardım vəd edib, NATO rəhbəri də Ukrayna ordusunun yenidən qurulmasında ölkəyə kömək olunacağını bildirib.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

02:14 2.6.2014

DONETSKDƏ VƏ UKRAYNADA BAŞ VERƏNLƏRDƏN BAŞ AÇMAQ ÇOX ÇƏTİNDİR.

Ona görə də bu müsahibənin bir hissəsini tərcümə etdik.
О ситуации на востоке Украины
Gözlə

No media source currently available

0:00 0:53:40 0:00

Kubandan gələn kazaklar, çeçenlər, osetinlər, Rusiya pavoslav ordusu - Donetskdə toplaşan silahlı qruplaşmalar arasında kim yoxdur ki? Jurnalist Pavel Kazarin AzadliqRadiosunun Rusiya xidmətinə Vostok batalyonu özü ilə eyni düşərgədə olan separatçı qrupları dağıdandan sonra müsahibə verir. Onun fikrincə, Donetsk sakinləri ilə Kiyevdə Avromaydan hərəkatının liderləri arasında mentalitet fərqi var. Deyir Ukraynanın şərqi hələ də sovet dövründə qalıb. Müsahibənin bir hissəsini tərcümə etmişik, maraqlıdır
00:13 2.6.2014

IRINA USPESHNAYA FENOMENİ


Ukraynanın şərqində Kiyev hakiiyyətini sevməyənlər çoxdur. Lakin hazirda hakimiyyəti ələ keçirənlərin də xüsusi kütləvi dəstəyi yoxdur. Fərq ondan ibarətdir ki, yaraql separatçılara rəğbəti açıq şəkildə ifadə etmək olar. Ukrayna dövlətçiliyinə hörmət haqda istənilən çağırış isə Donetskdə həyati təhlükə kəsb edir. Aqressiv separatçılar belələrini öldürməyə qədər gedirlər. Ona görə də Kramotarosk sakini İrina Uspeshnya qorxmadan yaraqlı separatçıları öz küçəsindən qovanda çox adam dedi ki, Donbass sakinlərinin məhz belə ürəkli adamlara ehtiyyacı var. Videoda görünür ki, Uspeshnaya öz qızı ilə birlikdə silahlı adamları söyür və həyətindən qovur, "rədd olun buradan!", "cəhənnəm olun buradan!", "gedin sizə əl çalanların həyətində gizlənin" deyərək separatçıların hədələrinə əhəmiyyət vermir. Çəkdiyi videonu YouTube portalında yerləşdirəndən sonra görüntülər sürətlə bütün dünyaya yayıldı. Bu günlərdə Ukrayna mediasında İrinanı gəstərdilər. Məlum olur ki, video yayılandan sonra separatçılar ona və ailəsinə divan tutmaq istəyiblər. İrina deyir ki, xeyirxah adamların köməyi ilə Donbassdan qaçmağa məcbur olub.

Davamı

XS
SM
MD
LG