Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:39

İlham Əliyev: «Neft-qaz resurslarından başqa məqsədlə istifadə etməmişik»


İlham Əliyev
İlham Əliyev
-

Bakıda keçirilən XXI Beynəlxalq Neft və Qaz sərgisi (CANLI)

«ŞƏFFAFLIQ BİZİM ÜÇÜN ƏN BÖYÜK PRİORİTETDİR»

«Bu gün bizim imkanlarımız bölgədə neft-qaz siyasətinin müəyyən edilməsində əhəmiyyətli rol oynayır».

APA-nın məlumatına görə, bunu iyunun 3-də Bakı Ekspo Mərkəzində keçirilən XXI Beynəlxalq Neft və Qaz sərgi və konfransının açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan hər zaman istehsalçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarını uzlaşdırmağa çalışır: «Biz buna nail ola bilmişik. Digər tərəfdən neft-qaz resurslarından başqa məqsədlə istifadə etməmişik, əməkdaşlığı dərinləşdirmişik. Bu əməkdaşlıq mühitinin coğrafiyası getdikcə genişlənir. Yaxın müddətdə yeni tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa başlayacağıq».

Azərbaycanın dünya neft ölkəsi kimi tanındığını söyləyən prezident bu gün Azərbaycanın Avropa və dünyada daha çox qaz istehsalçısı kimi tanındığını da vurğulayıb. Azərbaycanın 7 ildir ki, qaz resurslarını dünya bazarına çıxardığını xatırladan prezident İ. Əliyev neft və qazın 7 kəmərlə nəql edildiyini nəzərə çatdırıb: «Bizim ehtiyatlarımız üçün regional bazarlar kifayət etmir, daha böyük bazarlara çıxmalıyıq. Cənub Qaz Dəhlizinin reallaşması bu gün böyük dərəcədə «Şahdəniz» qaz yatağından asılıdır. Bu yatağın işlənilməsi ilə bağlı bütün məsələlər həllini tapıb».

Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz qazının Avropaya nəqli ilə bağlı layihələrin həyata keçməsində maraqlıdır: «Yol verə bilməzdik ki, Cənub Qaz Dəhlizi bir ideya kimi qalsın. Trans Anadolu Qaz Kəməri - TANAP layihəsinin reallaşması üçün böyük səy göstərmişik. 2012-ci ildə Azərbaycan və Türkiyə arasında müqavilə imzalanıb, artıq praktiki işlərə başlanıb. Çox şadam ki, BP də TANAP-ın səhmlərinə sahib olub. TANAP Cənub Qaz Dəhlizinin reallaşmasına böyük təsir göstərəcək».

«TANAP VƏ TAP AVROPAYA YENİ MƏNBƏDƏN QAZ GƏTİRƏCƏK»

Daha sonra prezident deyib: «TANAP və TAP Avropaya yeni mənbədən qaz gətirəcək. İlkin hesablamalara görə, bunun üçün 45 milyard dollar sərmayə nəzərdə tutulub. TANAP-da ən böyük səhmdar Azərbaycandır. Azərbaycan həm düşünülmüş siyasət
həyata keçirir, həm də maliyyə resurslarını təmin edir».


Dövlət başçısı onu da bildirib ki, neft-qaz sektorundan əldə edilmiş gəlirlər xalqın rifah halının yaxşılaşmasına, infrastruktur layihələrə yönəlib:

«Şəffaflıq bizim üçün ən böyük prioritetdir. Şəffaflıq təmin edilməsəydi, bu qədər vəsait yığa bilməzdik. Biz həm ölkə daxilində həllini gözləyən layihələrə, insanların rifah halının yaxşılaşmasına, həm də TANAP, TAP kimi qlobal layihələrə vəsait sərf edirik.
«Şahdəniz-2» layihəsi bundan sonra uzunmüddətli, dayanıqlı inkişafımızı təmin edəcək. Yüzlərlə, minlərlə Azərbaycan şirkəti podratçı kimi çalışacaq, on minlərlə iş yeri açılacaq, qeyri-neft sektoru inkişaf edəcək. Çünki tikinti, quraşdırma layihələrində qeyri-neft sektoru çalışacaq. Azərbaycanın qeyri-neft sektoru hər il ən azı 9-10 faiz artır, iqtisadiyyatın diversifikasiyası təmin edilir».

Prezident İ. Əliyev keçən sərgidən sonra «Şahdəniz-2» müqaviləsinin imzalandığını qeyd edib: «İnanıram ki, növbəti sərgiyə qədər də yeni-yeni uğurlara imza atacağıq».

«AZƏRBAYCAN ETİBARLI TƏRƏFDAŞ KİMİ ÖZÜNÜ TƏSDİQ EDİB»

Bunu isə XXI Beynəlxalq Neft və Qaz sərgi və konfransının açılışında Norveçin neft və energetika nazirinin müavini Kare Fostervold deyib.

Gunther Oettinger
Gunther Oettinger
Daha sonra Avropa Birliyinin enerji komissarı Günther Oettinger-in məktubu oxunub.

Məktubda deyilir ki, Cənub Qaz Dəhlizi ilə bağlı əhəmiyyətli irəliləyiş əldə olunub:

«Azərbaycan qazının 2019-cu ilə qədər Avropaya çatdırılması istiqamətində qarşıda həlledici addımlar durur. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Avropanın il ərzində 550 milyard kubmetr qaza ehtiyacı var. Cənub Qaz Dəhlizi sayəsində Azərbaycan Avropanın qaza olan tələbatının minimum 10, maksimum 20 faizini ödəyə bilər. Tansxəzər kəməri ilə bağlı Türkmənistanla danışıqları da dəstəkləyirik. Biz gələcək əməkdaşlığa nikbin baxırıq».

BP şirkətinin baş icraçı direktoru Robert Dudley bildirib ki, Azərbaycan aparıcı neft-qaz ölkəsinə çevrilib: «Biz 20 il əvvəl Əsrin Müqaviləsini imzaladıq. Bu, tək Azərbaycan deyil, BP üçün də çox faydalı olub. Prezident İlham Əliyev və ARDNŞ-in dəstəyi olmasaydı, bu uğurlar qazanıla bilməzdi. Aparıcı infrastruktur yaradılıb, Xəzər dənizində böyük platformalar qurulub».

R. Dudley «Azəri-Çıraq-Günəşli» yatağından dünya bazarına 2500 tanker yola salındığını bildirib.
XS
SM
MD
LG