Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:54

ABŞ Helsinki Komissiyası Azərbaycan üzrə dinləmə keçirib


B.Cardin
B.Cardin
İyunun 11-də ABŞ Helsinki Komissiyası Azərbaycan üzrə dinləmə keçirib.

Komissiyasının sədri, senator Benjamin Cardinin sədrliyi ilə keçirilən dinləmələrdə ABŞ-Azərbaycan münasibətlərinin təhlükəsizlik, iqtisadiiyyat və insan haqları aspektləri müzakirə olunub.

Helsinki Komissiyası bildirir ki, Azərbaycan ABŞ-ın tərəfdaşıdır, Avropanın enerji təchizatçısıdır, Əfqanıstanda beynəlxalq qüvvələrə yardım edir. Ancaq bunlarla yanaşı , Azərbaycan Avropanın iki aparıcı insan haqları qurumlarının üzvü olmasına baxmayaraq mütəmadi olaraq qeyri-demokratik seçkiyə, siyasi rəqibləri ədliyyə sisteminin köməyi ilə cəzalandırmağa görə tənqid olunur.

Dinləmədə Dövlət Departamentindən Tom Melia, Eric Rubin, Milli Demokratiya Fondundan Miriam Lanskoy, Corctaun Universitetindən Brenda Shaffer iştirak edib.

Dinləmədə səslənən bəzi fikirlər:

Erik Rubin: “ABŞ üçün Azərbaycanın ərazi bütövlüyü prioritetdir”.

Ben Cardin: “ Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun gəlməyib”.

Tomas Melia: “Fundamental haqlara hörmət etməklə Azərbaycan davamlı sabitlik əldə edə bilər.”

Tomas Melia Azərbaycanda həbs olunan siyasi xadimlərin və jurnalistlərin adlarını sadaladı. Tomas Melia: “AXCP sədri Əli Kərimliyə ölkədən çıxmağa icazə verilmir”.

Miriam Lanskoyun Azərbaycana 3 təklifi: 1. QHT qanunlarını dəyişmək. 2. Siyasi məhbusları azad etmək. 3.ATƏT öhdəliklərinə riayət etmək.

Miriam Lanskoy: “Azərbaycan hökuməti görür ki, insan haqları durumunu yaxşılaşdırmadan da Avropada mötəbər mövqelər əldə edə bilər”.

Miriam Lanskoy: “Azərbaycan hökuməti regional böhrandan istifadə edərək daxildəki müxalifəti əzir.”

Bununla belə Miriam Lanskoyun fikrincə, : “Azərbaycan bacarıqlı xarici siyasət yürüdür”.

Brenda Şaffer: “ABŞ-ın Azərbaycanda din azadlığına dair tənqidləri ədalətli deyil”.

Brenda Şaffer: “Azərbaycan Avropa üçün mühüm alternativ enerji mənbəyidir.”

Brenda Şaffer: “Rusiya regionda separatizmi alovlandırır”.
XS
SM
MD
LG