Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:36

Kiyevdə Prezident Administrasiyasının qarşısında atəşkəsə son tələbilə aksiya keçirilir


Arxiv fotosu: Kiyevdə Prezident Administrasiyasının binası.
Arxiv fotosu: Kiyevdə Prezident Administrasiyasının binası.

İyunun 29-da Kiyevdə Prezident Administrasiyasının qarşısına minə yaxın adam yığışıb. Onlar prezidentdən ölkənin şərqində birtərəfli qaydada elan edilmiş atəşkəsi dayandırmağı tələb edirlər.

Etirazçılar arasında “Donbass”, “Dnepr”, “Aydar” və başqa könüllü batalyonların üzvləri də var.

Onların başqa bir tələb isə könüllülərə silahların verilməsi ilə bağlıdır. Etirazçılar prezident Petro Poroshenkonudan həm də tələb edirlər ki, Avropa Birliyi ölkələrindən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmələrini istəsin.

Ukrayna prezidenti Petro Poroshenko iyunun 27-dən elan etdiyi atəşkəsi iyunun 30-a qədər uzadıb.

Ölkənin şərqində bir neçə böyük şəhəri ələ keçirən rusiya meylli silahlı separatçılar orada dövlət yaratdıqlarını bildirirlər. Kiyev isə onları terrorçu elan edərək həmin regionlarda anti-terror əməliyyatı aparır.

XS
SM
MD
LG