Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:33

Slavyansk və Kramatorsk intensiv artilleriya atəşi altında [Video]


Slavyansk yaxınlığına mərmi zərbəsi endirilir
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Slavyansk yaxınlığına mərmi zərbəsi endirilir

-

Cümə axşamına keçən gecə Slavyansk və Kramatorsk intensiv artilleriya atəşinə tutulub. Bu barədə şahidlər sosial şəbəkələrdə yazır.

«Kramatorsk titrəyir. Ölənlər və yaralılar var. Yasnoqorka sıx atəşə tutulub», deyə yazırlar.

Yerli sakinlərin sözlərinə görə, separatçılar Kramatorsku «Qrad» qurğularından atəşə tuturlar. Təxminən 30 şəxsi evə, qaz kəmərinə, topdan satış bazası, avtomobil qaz doldurma məntəqəsi, supermarketlərə ziyan dəyib. Yanacaq doldurma məntəqəsində sürücü ölüb.

Separatçılar Slavyanskda da atəşi davam etdirirlər. Ukrayna artilleriyası cavab atəşi açır. Şəhərdə işıq, su yoxdur, rabitədə fasilələr yaranır.

Ukrayna hərbçiləri Luqanskda sərhəddə «Doljanskiy» məntəqəsinə nəzarəti qaytarıblar, işi bərpa ediblər.

«İnformasiya müqaviməti» qrupunun məlumatına görə, çərşənbə axşamı Ukrayna hərbçiləri yaraqlıların maşın karvanını atəşə tutublar. 5 «Kamaz» sıradan çıxarılıb. Ötən gecə əməliyyatlarda bir hərbçi ölüb, 18 nəfər yaralanıb.

UKRAYNA HƏRBÇİLƏRİ SLAVYANSKI ATƏŞƏ TUTMADIQLARINI DEYİR

Ukrayna hərbçiləri bildirir ki, Slavyansk şəhərini artilleriya atəşinə onlar tutmayıblar, eləcə də Luqanskda bir qəsəbəyə hava zərbəsi endirməyiblər. Hər iki halda dinc sakinlərin ölümünə separatçılar səbəb olub. Bu barədə jurnalistlərə anti-terror əməliyyatları üzrə mətbuat mərkəzindən Alekseyn Dmitrashkovskiy deyib.

Öncə Donetsk və Luqansk «xalq respublikalarının» təmsilçiləri Slavyansk və Staniza Luqanskayada dinc sakinlərin ölümünə görə hərbçiləri günahlandırıb.

Dmitrashkovskiy deyir ki, separatçılar minomyotlardan atəş açıblar. Luqanskda İzvarino yaxınlığında mina partlayışında 4 hərbçi yaralanıb.

«İnformasiya müqaviməti» qrupunun məlumatına görə, atəşkəs dayandırılandan sonra Ukrayna hərbçiləri Donetskdə 4 yaşayış məntəqəsini yaraqlılardan geri alıblar. Nikolayevk uğrunda döyüşlər gedir.

Ukraynanın şərqində aprelin 15-də hərbi əməliyyatlar başlanandan 200 hərbçi ölüb, 619 nəfər yaralanıb. Müdafiə Nazirliyinin məlumatına görə, separatçılar 29 hərbçini əsir götürüb.

Donetskdə 160 dinc sakinin öldüyü barədə təsdiqlənməmiş məlumatlar var.

4 ÖLKƏ SÜLHƏ GÖRƏ RAZILIĞA GƏLİR

Fransa, Ukrayna, Almaniya və Rusiya XİN-ləri
Fransa, Ukrayna, Almaniya və Rusiya XİN-ləri

Ukrayna, Rusiya, Almaniya və Fransanın xarici işlər nazirləri Ukraynanın şərqində atəşkəsin bərpası üçün tədbirlərə razılaşıblar. İyulun 2-də Berlində danışıqlardan sonra birgə bəyanatda nazirlər bildirir ki, iyulun 5-dən gec olmayaraq atəşkəsə dair danışıqların yenidən başlanması nəzərdə tutulur. Atəşkəsə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) nəzarət edəcək.

Rusiya həmçinin vəd edib ki, atəşkəs başlarsa, Ukrayna sərhədçilərinin Rusiya ərazisinə girib iki sərhəd məntəqəsinə nəzarət etməsinə şərait yaradacaq.
Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier Berlin görüşünü «konstruktiv» adlandırıb, deyib ki, bütün iştirakçılar «daşıdığı məsuliyyəti dərk edir».

Prezident Petro Poroshenko iyunun 30-da atəşkəsin bitdiyini elan edəndən sonra Ukrayna qüvvələri rusiyayönlü separatçılara qarşı hücuma başlayıblar.

XS
SM
MD
LG