Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:52

Heydər Əliyevin 'yox' dediyi layihənin gerçəkləri


Arxiv fotosu
Arxiv fotosu

-

Arxiv fotosu
Arxiv fotosu

Şəkinin Muxax kəndində bu dialoq hər gün yaşanır:

- Bu vedrələrlə hardan gəlirsən, ay nənə?..

- Qonşu kənddən...

- Susuzluqdur?

- Özü də necə... Elə bil bizi sınağa çəkirlər.

Muxax kəndinin 71 yaşlı sakini Aliyə nənə hər gün hər əində bir vedrə qonşu kənddən su gətirir. Su dolu vedrələrlə elə qıvraq, elə becid yeriyir ki, çata bilməzsən. Amma çəkdiyi əziyyətə dəymir, təmiz su daşımır, axı:

- Bu su gillidir ki...

- Hə, aparıb 2 gün süzəcəyəm, sonra çaya, yeməyə işlədəcəyəm.

“BUNU HEÇ OLMASA SÜZMƏK OLUR, AMMA BİZİM KƏNDDƏ..."

Aliyə nənə deyir, suyu təmiz tənzifdən qaydayla balonlara süzüb duruldur. Yaşadığı kənddəki su bundan da çirklidir:

- Bunu heç olmasa süzmək olur, bizim kəndin suyunu həftələrlə süzsən, əmələ gəlməz.

Muxaxlılar, heç olmasa, adamlar gilli su tapır. Şəkinin bəzi kəndlərində i gilli suya da həsrət qalıblar. Məsələn, rayonun Oğuzla həmsərhəd bölgəsində 10-a yaxın kənd susuzluqdan nalə çəkir. Sakinlər Oğuz-Qəbələ-Bakı su kəmərinin işə düşməsindən sonra bütün su mənbələrindən məhrum olduqlarını deyirlər.

Aşağı Çəldək kənd sakini Bakıxan Qəribli kənd sakinlərinin çıxılmaz vəziyyətə düşdüyünü bildirir. Susuzluq insanları hər şeydən məhrum edib:

“Oğuz-Qəbələ-Bakı kəmərini təchiz etmək üçün saniyədə 90 litr su vurulur. Bu üzdən kəmərin başlandığı yerlərdə artıq qrunt suları da tam çəkilib. Su çıxarmaq istəyən sakinlər 5-10 metr dərinlikdə quyu qazsalar da, arzularına çatmayıblar. Susuzluqdan kəndlərdə əkin işləri də dayanıb, dolanışıq da pisləşib”.

“5 İLƏ BİTKİ ÖRTÜYÜ MƏHV OLACAQ"

Oğuzla sərhəddəki Aydınbulaq, Aşağı Daşağıl, Əliyar, İbrahimkənd, Çaparan, Aşağı Güngüt, Aşağı Çəldək, Köbərzəyzit, Cəfərabad kəndlərində indi az miqdarda içməlu sudan başqa digər mənbələr tam yararsızdır. Bakıxan Qəriblinin sözlərinə görə, eni 30 km, uzunluğu 100 km olan meşə və otlaq sahəsi quruya bilər:

“Bakıya su çəkiləndə burada işləyən türkiyəli mütəxəssis bizə dedi ki, yaxın 5 ilə burada bitki örtüyü tam məhv olacaq. Artıq onun sözləri özünü doğruldur. Mal-qara susuzluqdan məhv olmaqdadır. Su qıtlığından ərazidəki 100 illik ağaclar qurumağa başlayıb. Cavan ağaclar və bitki örtüyü isə tamam quruyub”.

Arxiv fotosu
Arxiv fotosu

HEYDƏR ƏLİYEV İKİ DƏFƏ "YOX" DEDİ

Yaxın keçmişə nəzər salan kənd sakini Oğuzdan Bakıya su kəməri çəkilməsinin hələ sovet vaxtı aktuallaşdığını deyir. O zaman ölkə başçısı Heydər Əliyevin iradəsi ilə bunun qarşısı alınıb:

“Bakının su təchizatını yaxşılaşdırmaq məqsədilə Oğuzdan su kəmərinin çəkilməsi məsələsi sovet vaxtı qaldırıldı. O zaman ekologiya naziri işləyən Əkrəm Şəkinski bunun rayona ciddi ziyan vuracağını əsaslandırdı. Bundan sonra Heydər Əliyev layihənin yolverilməz olduğunu deyərək, Dövlət Plan Komitəsinə geri qaytardı. Onun ikinci dəfə hakimiyyətə gəlişindən sonra bu məsələ bir daha qaldırıldı. Bu dəfə də Heydər Əliyev “yox” dedi. Amma onun vəfatından sonra hökumət bu layihəni işlədi və gerçəkləşdirdi. Nəticədə yüzlərlə sakin, eləcə də təbiət ciddi problemlə üz-üzə qalıb”.

“QUYULARDA SU AZALIB"

Məsələdən “Azərsu” ASC də xəbərdardır. Qurumun mütəxəssisləri adıçəkilən kəndlərdə sakinlərlə görüşüb, problemlərlə maraqlanıblar. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyir ki, Şəki rayonunun adıçəkilən kəndlərində Oğuz-Qəbələ-Bakı su kəmərinin təsirindən su qıtlığı ilə üz-üzə qalması barədə deyilənlər həqiqətə uyğun deyil:

“Azərsu” ASC əməkdaşları yerində araşdırma aparmaq üçün həmin əraziyə ezam olunmuş və aparlmış araşdırmalar nəticəsində vəziyyətin deyilən kimi olmadığı, əvvəlki bütün quyuların hələ də su verdiyi müəyyən edilib. Yay aylarında bəzi quyulardan daha az su çıxarılması mövsüm üçün xarakterik haldır”.

XS
SM
MD
LG