Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:29

Sarkisian Rusiyanın Azərbaycana silah satmasından narahatdır


Serzh Sargsyan və Mujica
Serzh Sargsyan və Mujica

-

Ermənistan prezidenti Serj Sarkisianın Cənubi Amerika səfəri davam edir. İyulun 10-da onun Uruqvaya səfəri başa çatır. Bundan əvvəl isə Argentinada olan Sarkisian «Clarin» qəzetinə müsahibə verib.

Sarkisian deyib ki, Ermənistan Rusiyanın Azərbaycana silah satmasını çox ağrılı qarşılayır. «Bu bizim üçün çox ağrılı məsələdir. Bizim xalq bizim strateji tərəddaşımız olan Rusiyanın Azərbaycana silah satmasından çox narahatdır».

Sarkisianın səfəri barədə məlumat verən Azadlıq Radiosunun Erməni xidməti bildirir ki, Sarkisian Rusiyanın Azərbaycana silah satmasından ilk dəfədir ki, danışır.

Ancaq Sarkisian əmindir ki, çətin gündə Rusiya Ermənistanla bağlı öz üzərinə götürdüyü bütün öhdəliklərə əməl edəcək.

Sarkisian Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların başlana bilməsini istisna etmir. Ancaq deyir ki, Ermənistan özünü müdafiə edə biləcək.

Sarkisian deyib: «Azərbaycan silaha və hərbi texnikaya çoxlu pul xərcləyir. Ancaq bu, qələbəyə təminat vermir.»

Qəzet sual verib ki, Rusiya ilə ittifaq Avropa ilə münasibətlərə mənfi təsir göstərmir ki?

Sarkisian cavab verib ki, Ermənistanın Gömrük İttifaqına qoşulmağı avropalıların xoşuna gəlmir. Ancaq Sarkisian əmindir ki, avropalılar Ermənistanın buna niyə getdiyini baş düşürlər.

Ermənistan-Türkiyə münasibətləri haqda Sarkisian bildirib ki, o, «Türkiyə prezidentini dəvət etmək istərdi ki, gəlib, erməni soyqırımının 100 illiyində 100 minlərlə insanı öz gözləri ilə görsün və ola bilsin, bundan sonra heç bir sübut tələb olunmasın».

Sarkisian Uruqvay prezidenti Jose Mujica ilə danışıqlardan da razı qalıb.

Mujica sovet dövründə bir müddət SSRİ –də, konkret olaraq Ermənistanda yaşayıb.

O, Sarkisianı çox yaxşı qəbul edib. İki ölkə arasında bir sıra sazişlər imzalanıb və prezidentlər deyiblər ki, «hər şey hələ qabaqdadır».

AzadlıqRadiosunun Erməni xidməti bildirir ki, ola bilsin, bundan sonra Ermənistan vətəndşlarının Uruqvaya, Uruqvay vətəndaşlarının Ermənistana getməsi üçün viza tələb olunmasın.

Ancaq Sarkisianın Uruqvay rəhbərliyi ilə problemləri olmadığı halda Uruqvaydakı erməni icması ilə problemləri var. Bu ölkədəki erməni icması erməni-türk münasibətlərində Ermənistan prezidentinin mövqeyini bəyənmir.

Sarkisian Buenos Ayresdə erməni kilsəsində erməni icması ilə görüşəcək və onların suallarına cavab verəcək.

İyulun 10-da Sarkisian Çiliyə gedir.

XS
SM
MD
LG