Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:31

Kitabı gələcəkdə necə oxuyacaqlar? – New York Magazine


-

Qoymayın, kağız kitabları “yedi” bu təzə çıxan e-book reader-lər! Axır illərdə çox eşitdik bu fikri.

Necədi sizin üçün, əgər desək ki, elektron kitab oxuma qurğularının özünün də gələcəyi sual altınadadır. Özü də yekə bir sualın.

New York Magazine yazır ki, yaxın gələcəkdə insanlar kitabı daha çox cib telefonlarından oxuyacaqlar. Amerika Naşirlər Assosiassiyası, bir də Kitab Sənayesini Öyrənmə Qrupunun birgə araşdırmasının nəticəsidir bu. Düzdür, son illər milyonlarla e-book reader satılıb və satılmaqdadır, amma bundan da çox satılan elektron kitabları insanlar daha çox öz telefonlarında, smartfonlarında oxumağa meyllidirlər.

Özü də bu araşdırmanı aparmaq asan olmayıb. Çünki e-book satanların özləri ən böyük e-book reader istehsalçılarıdır. Məsələn, Amazon.com-un Kindle-ı dünyada ən populyar e-book reader-dir, bunu da bilirsiniz. Yəni kim öz ayranına turş deməyə əsas verən məlumatı başqasına verər?

Yeni trendin səbəbi nədir? Yadınızdadır, iPod vardı (elə indi də var), amma indi İPhone, iPad populyarlaşdıqca, insanlar nə edir? Düz tapdınız, musiqiyə elə axırıncı adını çəkdiklərimizdə qulaq asır, daha cibində ayrıca bir qurğu da gəzdirmir. Böyük balıq balaca balığı udur. Yəni çoxfunksiyalı cihazın birfunksiyalını sıradan çıxarması mənasında. Kitab oxumağa gəldikdə də, eynən belədir, smartfon e-book reader-i həzm-rabedən keçirir, özündən böyük olsa da.

Özünüz nəticə çıxarın. Barnes & Noble şirkəti özünün “Nook” e-book reader-ləri buraxan bölümünü ayrıca şirkətə çevirir. Yəni gələcəyi parlaq olmadığı, gəlirləri 35 faiz azaldığı üçün. Başqa sözlə daha özünə yük eləmək istəmir onu.

Kindle istifadəçisi
Kindle istifadəçisi

Özünün ümumi göstəricilərinə mənfi təsir etməsin deyə.

Bazarları araşdıran müstəqil “Forrester Research” şirkətinin proqnozuna görə isə, 2017-ci ildə cəmi 7 milyon e-book reader satılacaq. (Müqayisə üçün deyək ki, təkcə bir kvartalda bundan 6 dəfə çox iPhone satılır).

E-book readerlərin satışının düşməsi elə onları buraxanların özlərinin siyasətinin nəticəsi olacaq. Çünki, məsələn, Amazon da smartfon bazarına girir.

Məsələnin ən pis tərəfi isə odur ki, kitab bazarında gedən bu proseslər heç də mütaliənin gələcəyi üçün ümidverici deyil. Əgər telefonda kitab oxuyansınızsa, bilirsiniz ki, əvvəla bu, “Hərb və sülh” kimi “kərpic” romanları oxumaq üçün qətiyyən əlverişli deyil. Displeyi nisbətən balacadır. Bu da uzunmüddətli mütaliəni çətinləşdirir, gözü yorur. Müxtəlif app-lər sizin diqqətinizi öz ismarıcları ilə mütaliədən yaynındırır. Faceook, Twitter-i də daha demirik...

XS
SM
MD
LG