Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:39

Britaniya, Fransa və Almaniya Rusiyaya qarşı sanksiyalara razılaşırlar

Ukrayna səmasında Malaysia Airlines şirkətinə məxsus Boeing 777 təyyarəsi yerə düşərək partlayıb. 295 nəfər həlak olub.
Təyyarə yerə düşən zaman Ukrayna Rusiyanı öz ərazisindən atılan raketlərlə Ukrayna təyyarələrini vurmaqda ittiham edirdi.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

22:07 18.7.2014

Malayziya təyyarəsinin qəzası animasiyada

Malayziya təyyarəsinin qəzası animasiyada
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

İyulun 17-də Ukraynanın şərqində - Donetsk vilayıətində yerə düşən Malayziya təyyarəsi haqqında animasiya. Animasiyada təyyarənin nAmsterdamdan qalxması, göyərtəsində olan sərnişinlərin kimliyi barədə məlumatlar əksini tapıb.

21:04 18.7.2014
Ukraynada münaqişə başlyandan vurulan təyyarələr (İnforqafika)

Rusiya yönümlü silahlı separatçılar Ukraynanın şərq əyalətlərinə nəzarəti ələ alandan sonra dəfələrlə Ukrayna təyyarələrini atəşə tutublar. Bəzi hallarda həmin təyyarələr zədələrlə yerə enə biliblər, lakin bir çox hallarda separatçıların atəşindən sonra yerə düşən təyyarə və vertolyotlarda onlarla adam həlak olub.

Son 5 ayda Ukraynanın şərqində vurulan tıəyyarələrlə bağlı interaktiv xəritə:

14:59 18.7.2014

Separatçılar beynəlxalq qurumlara hadisə yerinə gələ bilərsiniz deyir

Separatçı «Donetsk xalq respublikası» təyyarə qəzasının baş verdiyi əraziyə daxil olmaq istəyən ATƏT nümayəndələrinin təhlükəsizliyə təminat verdiyini açıqlayıb.

Bundan başqa separatçılar təyyarə qəzasının araşdırılması üçün Ukrayna hakimiyyəti və beynəlxalq ekspertlərlə əməkdaşlığa da hazır olduqlarının bildiriblər. Belə bir razılıq Ukrayna, Rusiya, ATƏT rəsmiləri ilə separatçıların birgə keçirdiyi videokonfransda əldə olunub.

Silahlı separatçılar hadisə yerindən uzaqlaşacaqlarına və cəsədlərin axtarılması üçün yerli hakimiyyət nümayəndələrinə imkan verəcəklərinə vəd veriblər. ATƏT-in twitter səhifəsində hadisə yerində gərəkli ekzpertiza aparılası üçün təşkilatın nümayəndələrinin əraziyə yollandığı bildirilir. Araşdırmalar aparmaq üçün təyyarənin sahibi olan «Malaysia Airlines» şirkətinin nümayəndələri də Ukraynaya yollanıblar.

İyunun 17-də göyərtəsində 300-ə yaxın adamın olduğu Malaziyaya məxsus sərnişin təyyarəsi separatçıların nəzarətində olan Ukrayna ərazisinə düşüb. Sərnişinlər və ekipaj üzvləri hamısı həlak olub.

13:27 18.7.2014

"MALAYZİYA TƏYYARƏSİNİN UKRAYNADA NƏ İŞİ?" "ŞPİON DAŞIYIRMIŞ"

Diqqət videonun əvvəlindəki (1:50-yə qədər olan) söhbətlərin tərcüməsini artıq vermişik. Bloqu aşağı vərəqlə, və ya burada oxu.

Malaysia Airlines şirkəti təyyarəsinin yerə düşdüyü ərazidəki separatçılara Rusiyalı kazakların atamanı Mikhail Kozitsin rəhbərlik edir. Ukrayna təhlükəsizlik xidməti yaraqlılardan birinin onunla telefon danışığı olduğu ehtimal edilən səs yazısını dünənki videoya əlavə edib. Söhbətin MH17-nin yerə düşməsindən sonra baş verdiyi bildirilir

- Torezlə Snejnoe arasında vurulan təyyarə ilə bağlı. Sərnişin təyyarəsi imiş. Qarbovo tərəfdə yerə düşüb, ora qadın, uşaq meyidləri ilə doludur. Kazaklar getdilər baxmağa.. Televizorda göstərirlər belədə An-26-dır - Ukrayna yük təyyarəsi, amma deyirlər üstündə “Malayziya hava yolları” yazılıb... Ukraynanın ərazisində onun nə işi?

- Deməli şpion daşıyırmış. Canı çıxsın burada uçmasın, müharibə gedir...

Davamı

XS
SM
MD
LG