Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:24

Malayziya təyyarəsinin vurulmasının 1 versiyası (video)


Separatçıların iddia olunan telefon danışıqları
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

Separatçıların iddia olunan telefon danışıqları

İyulun 17-də Ukrayna səmasında qəzaya uğrayan MH17 sərnişin təyyarəsinin raketlə vurulduğu çox az adamda şübhə doğurur. Artlq nə Rusiya, nə Ukrayna bu ehtimalı inkar etmir. Fərq ondadır ki, onlar bu hərəkətdə bir-birini ittiham edilər.

Ukrayna tərəfinə məxsus olan əsas versiyaya əsasən, Donetsk separatçıları böyük məsafədə təyyarəni vura bilən BUK-M raket qurğusunu Rusiyadan gətiriblər.

Bunu təsdiqi kimi, Rusiyameylli separatçılar arasındakı telefon danışıqlarının iddia olunduğu səs yazısını açıqlayıblar.

Bu danışıqlarda separatçılardan biri hesabat verir ki, BUK-M-i Rusiya sərhəddindən keçirərək Donetsk şəhərinə gətirib. Deyir ki, ancaq 1 qurğudur, 2-cisi anlaşılmamazlıq üzündən Rusiyada qalıb. İzah edir ki, BUK öz gedişi ilə sərhəddi keçəndən sonra onu yük maşının yedəyində Donetskə gətirib və soruşur ki, onu hara təhvil versin. Cavab verirlər ki, yük maşının yedəyində qalmalı və Vostok batalyonunun tank karvanı ilə Donetskdən şərqə aparılmalıdır.

XS
SM
MD
LG