Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:01

Daha bir tikinti şirkətində yoxlama


«Sevil» Massivi
«Sevil» Massivi

-

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Bakıda fəaliyyət göstərən tikinti şirkəti «Sevil» Massivi MTK-də araşdırma aparır. Buna görə şirkətin fəaliyyəti dayandırılıb.

Faktı AzadlıqRadiosuna təsdiqləyən Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirdi ki, onlar bu məlumatı şərh etmək istəmirlər.

AzadlıqRadiosunun «Sevil» MTK-nin rəhbərləri və məsul şəxsləri arasında saxlanan olub-olmaması ilə bağlı sualı da cavabsız qaldı.

Vergilər Nazirliyindən isə bildirdilər ki, «Sevil» MTK ilə bağlı cinayət işini Baş prokurorluq apardığından onlar heç bir məlumat verə bilməzlər.

Şirkət isə vergi yoxlamasından danışır

Şirkətin rəsmi Facebook səhifəsində isə bir neçə saat öncə müraciət yerləşdirilib. Həmin müraciətdə deyilir ki, «Sevil» bağlanmayıb, sadəcə «ofisdə və massivdə vergi yoxlamaları aparılır: «Əvvəlcə bildiririk ki, «Sevil» Massivi MTK dövlət tərəfindən qeydiyyatdan keçmiş və öz fəaliyyət sahəsi ilə məşğul olan şirkətdir. Hazırda «Sevil» Massivində vergi yoxlamaları getdiyi üçün ofisdə və massivdə işlər bir müddətlik dayandırılıb. Məsələ həll olunur. Bu məsələ dövlətin massivimiz üzərində nəzarətinin olmasının sübutudur və bizim xeyrimizədir».

Müraciətdə deyilir ki, şirkət tezliklə öz fəaliyyətini bərpa edəcək.

«Sevil» Massivi iki il əvvəl Bakı-Şamaxı trassının 16-cı kilometrliyində 100 ha-lıq ərazidə torpaq satışı və ev tikintisinə başlayıb. Əhaliyə faizsiz kreditlə torpaq və mənzil təklif edir.

XS
SM
MD
LG