Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:51

«Yukos» məhkəməni udur


Mikhail Khodorkovsky
Mikhail Khodorkovsky

-

İyulun 28-də Haaqa Arbitraj məhkəməsinin «Yukos» neft şirkətinin keçmiş səhmdar qrupuna Rusiyanın 50 milyard dollar ödəməsi ilə bağlı qərar qəbul edəcəyi gözlənir.

Bu barədə xəbəri məhkəməni izləyən «Reuters»in müxbirləri verib.

Məhkəmənin, «Yukos»un avadanlığını müsadirə etməklə Rusiyanın Beynəlxalq Enerji Xartiyasının müddəalarını pozduğunu bildirəcəyi gözlənir.

İddiaçı Group Menatep Limited (GML) 114 milyard dollarlıq ziyana düşdüklərini bildiriblər. Gözlənir ki, məhkəmə GML-ə 65 milyon dollar təzminat ödənməsi ilə də bağlı qərar qəbul edəcək.

«Yukos» şirkəti vergidən yayınma və mənimsəmə ittihamı ilə 8 il həbsxanada yatmış və 2005-ci ildə əfv olunmuş Mikhail Khodorkovsky-yə aid olub. O, öz hissələrini GML-ə satıb.

Rusiyanın qərardan apellyasiya verməsi üçün 10 gün vaxtı var.

XS
SM
MD
LG