Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:29

Amerikalı həmsədr "strukturlaşmış danışıqlar prosesinə" razılıq verməyə çağırır


“Ümid edirəm ki, Ermənistan və Azərbaycan prezidentləri yaxın gələcəkdə görüşüb, vacib məsələləri müzakirə etməyə razılıq verəcəklər”

Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick deyib. APA-ya müsahibə verən həmsədr bildirib ki, münaqişənin hərbi yolla həlli mümkün deyil.

“Mən təmas xəttində çoxlu sayda ölümlərin baş verməsi barədə xəbərlərdən çox narahatam. Bu insidentlər münaqişənin sülh yolu ilə həlli səylərinə zərbədir. Mən tərəfləri atəşkəsə əməl etməyə çağırıram”.

“Minsk Qrupu tərəflər arasında vasitəçilik üçün yeganə format olaraq qalır.” “Sülh razılaşmasına aparacaq danışıqlara başlamağın vaxtı çatıb. Əgər tərəflər doğrudan da münaqişənin həlli istəyindədirlərsə, onlar həmsədrlərlə strukturlaşmış danışıqlar prosesinə daxil olmaq barədə İsveçrənin təklifini qəbul etməlidir”.

XS
SM
MD
LG