Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:39

«Amnesty International» Azərbaycanda söz azadlığının pozulmasından narahatdır


«Amnesty International» Beynəlxalq İnsan hüquqlarını müdafiə təşkilatı Azərbaycanda söz azadlığının pozulması, jurnalistlərin öldürülməsi, döyülməsi və ya onlara hədə qorxu gəlinməsi hallarından narahatdır. Təşkilatın avqustun 9-da yaydığı bəyanatında qeyd edilir ki, jurnalistlərə qarşı zorakılıq, hücumlar və bu kimi halların başa çatmayan istintaqı ölkədə söz azadlığına mənfi təsir edir. Bu cür zorakılıqlara görə heç kimin məhkəməyə cəlb olunmaması jurnalistlərə qarşı törədilən cinayətlərin cəzasız qalmasına dəlalət edir. «Amnesty İnternational» «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlini, «Azadlıq» qəzetinin əməkdaşı Fikrət Hüseynov və Bizim yol qəzetinin redaktoru Bahəddin Həziyevin döyülməsini, yenə «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovun həbs olunmasını yada salır. Təşkilat hesab edir ki, bu cür zorakılıq qurbanlarının müxalifət partiyalarına yaxın qəzetlərin əməkdaşları olması təzyiqlərin siyasi kontekstlə bağlı olduğunu göstərir.


«Amnesty International» Azərbaycan hökumətini jurnalistlərin öldürülməsi, döyülməsi, həbs olunması hallarının araşdırılmasında tələsməyə çağırır.


XS
SM
MD
LG