Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:38

Misir Mərdanov: «Köçkünlərin özəlləşdiriləcək bağçalardan çıxarılması asan olmayacaq»


Təhsil naziri Misir Mərdanov deyir ki, özəlləşdiriləcək uşaq bağçalarından məcburi köçkünlərin çıxarılması çətin olacaq. Cənab Mərdanov bildirir ki, nəzərdə tutulan uşaq bağçalarının özəlləşdirilməsi məqsədəuyğundur. Belə ki, özəlləşdirilməyə çıxarılanlar yaxşı işləməyən bağçalardır. Nazirin sözlərinə görə, bütövlükdə ölkədəki uşaq bağçalarının cəmi 13,7 faizi özəlləşdirilir: «Bu isə o qədər də çox deyil».


Prezident İlham Əliyev avqustun 23-də bir sıra səhiyyə, təhsil, idman və mədəniyyət obyektlərinin özəlləşdirilməsinə dair fərman imzalayıb. Özəlləşdirmə üçün açıq olan müəssisə və obyektlərin siyahısı fərmana əlavə olunub. Siyahıda Təhsil Nazirliyinin uşaq bağçaları və körpələr evlərinin də adı var.
XS
SM
MD
LG