Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:34

6 yaşlı uşaqlar yeni texnologiyaları böyüklərdən yaxşı bilir - Araşdırma


-

Onlar Steve Jobs-un kim olduğunu bilməyə, öz ayaqqabılarının qaytanını bağlamağı bacarmaya bilərlər, amma orta statistik 6 yaşlı uşağın rəqəmsal texnologiyadan 45 yaşlı insandan daha yaxşı başı çxır.

Kommunikasiya sahəsini araşdıran nüfuzlu "Ofcom" təşkilatı Britaniyada apardığı növbəti tədqiqatında bu nəticəyə gəlib.

2000-ci ildə broadband-in kəşfindən sonra dünyaya gələn, ev telefonu, dial-up internet dövrünü görməyən nəsil lap erkən yaşlarından, hətta dil açmamışdan smartfondan istifadəni öyrənməyə başlayır.

"Ofcam"dan Jane Rumble deyir ki, rəqəmsal erada böyüdükləri üçün bu uşaqlarda fərqli kommunikasiya, ünsiyyət vərdişləri yaranır, hətta 16-24 yaşlılardan da fərqli.

"Ofcom" rəqəmsal biliklərin yoxlanması üçün test keçirib. Testdə 800 uşaq və 2000 böyük iştirak edib. Suallar planşetlərdən tutmuş smart saatlara, sürətli internetdən 4G telefon şəbəkəsi, mobil app-lərə qədər sahələri əhatə edib.

6-7 yaşlılar arasında orta göstərici 98 bal olub. 45-49 yaşlılar arasında isə 96. Ən yaxşı nəticəni 14-15 yaşlı yeniyetmələr göstərib (orta bal - 113), sonrakı yaş kateqoriyalarında bu sahədə bilik səviyyəsi enməyə başlayır, qocalarda isə kəskin düşür.

Böyüklər adətən özlərini sındırmır,

Samsung-un smart saatı
Samsung-un smart saatı

smartfon, planşet app-lərindən yaxşı başları çıxdığını iddia edir, amma onların az qala yarısı Snapchat-in nə demək olduğunu bilmir (foto mesaj xidməti, 2011-ci ildən istifadə olunur). Smart saatlar, Google-un smart eynəkləri böyüklər üçün sanki sirli əşyalardır. Böyüklərin yarısının onlardan ümumiyyətlə xəbəri yoxdur.

App-lər barədə daha çox 6-16 yaşlılar məlumatlıdır, onların yalnız 3 faizi app barədə heç zaman eşitmədiklərini deyiblər.

Yeni nəslin ünsiyyət vərdişlərindəki ən böyük dəyişiklik telefonda danışmaq müddəti ilə bağlıdır. 20 il əvvəl yeniyetmələr axşamlar ev telefonunu "işğal edər", saatlarla dostları, sevgililəri ilə danışardılar.

İndi isə 12-15 yaşlılar arasında telefon danışıqları ümumilikdə kommunikasiya vasitələri ilə əlaqənin 3 faizini təşkil edir. Gənclərdə bu, 9 faizdir. Sonrakı yaş kateqoriyalarında isə bu rəqəm yüksəlir, ümumilikdə böyüklər üçün orta göstərici 20 faizdir.

Bu gün uşaqların çoxu üçün əsas ünsiyyət vasitəsi mesajlar, şəkil, video paylaşımlarıdır.

Ofcom deyir ki, "yeni nəsil səsini itirir"

Bu yeni nəsil rəqəmsal qurğulardan istifadə müddətinin 90 faizini Facebook və s. sosial şəbəkələrdə ünsiyyətlə keçirir, WhatsApp-la, mobil telefonla mesajlar göndərir. Uşaqların yalnız 2 faizi e-maildən istifadə edir. Böyüklərdə bu göstərici 33 faizdir.

12-15 yaşlılar böyüklərə nisbətən televizora daha az baxırlar. Onlar vaxtlarının 20 faizini İnternetdə qısa videolara baxmaqla (məsələn, Youtube-a qoyulan, yaxud sosial şəbəkələrdə paylaşılan) keçirirlər. Qalan vaxt DVD-lərə, Netflix, yaxud iTunes-da strimlərə, yaxud ada televiziyada getmiş proqramların videoyazısına baxmaq arasında bölünüb. Canlı radio və "oxunan media" onların "gündəlik menyu"larından yoxa çıxıb.

TV-nin əhəmiyyəti hətta daha böyük yaş kateqoriyaları üçün də azalır. Məsələn, 2010-cu ildə bu məsələdə orta göstərici 4 saat 2 dəqiqə idisə, 2013-ci ildə 3 saat 52 dəqiqəyə enib. "Ofcom" bildirir ki, əgər London olimpiadasının canlı yayınları olmasaydı, Britaniyada bu rəqəm daha aşağı olardı.

Yaşlılar arasında TV-yə baxma faizi son illərdə düşür, uşaqlarda isə bu, xeyli müddətdir belədir. Əgər nəzərə alsaq ki, planşetlər artıq ən geniş yayılan milad hədiyyələrindən birinə çevrilib, onda TV izləmə müddətinin hətta böyüklər arasında da azalmasının səbəbini anlamaq olar.

"Ofcom" bildirir ki, uzun illər yaşı 65-dən yuxarı olanlar daim İnternetə müqavimət göstəriblər, öyrənməyiblər, amma indi trend dəyişməkdədir, xüsusən də son 3 ildə. Bu da təşkilatın fikrincə, planşetlərlə bağlıdır.

The Guardian

Hazırladı Rövşən

XS
SM
MD
LG