Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:51

"ODA" teatrına qarşı təxribat


-

"Oda" Müstəqil Teatrının rəhbəri Elmin Bədəlov Daxili İşlər naziri Ramul Usubovla görüşmək istəyir.

Bu barədə E.Bədəlov özü "Oxu zalı"na məlumat verib.

Onun sözlərinə görə 16 avqust saat 19:00-da teatrın göstərdiyi “Suicide” (İntihar) tamaşası zamanı teatr binasının qarşısında qalmaqal yaşanıb, bir qrup şəxs teatra hücum etmək istəyirmiş:

“Tamaşa başlamamışdan bir neçə dəqiqə əvvəl bir qrup şəxslə teatrın əməkdaşları və tamaşaçılar arasında mübahisə baş verdi. Həmin şəxslərin bir neçəsi teatrın yerləşdiyi binanın qonşuluğunda yaşayan gənclər idi. Onlar teatra gəlib-gedən insanların bir neçəsinin şortik geyinməyini bəhanə ediblər. Halbuki bir aydır biz özümüz də şortiklə teatra gəlib-gedirik və indiyədək bizə qarşı belə bir problem yaradılmamışdı.

Həmçinin teatrın binası şəhərin mərkəzində yerləşir ki, buradan gündə minlərlə insan şortik geyinmiş halda keçirlər. Biz ehtimal edirik ki, baş verən hadisə həmin şəxslərin teatra qarşı provakasiyası idi. Məhz buna görə, tamaşanı vaxtından əvvəl göstərməyə məcbur olduq.

Oda Teatrı ölkədə incəsənətin inkişafı üçün çalışır. Teatrın fəaliyyətinə kömək olunmalıdır. Baş verən mübahisənin isə təkrarlanacağından narahatıq. Buna görə cənab nazir Ramil Usubovla görüşmək, hadisə barədə ətraflı məlumat vermək istəyirik. Tamaşa günləri teatr polis tərəfindən mühafizə olunsun. Teatr əməkdaşlarının və tamaşaçılarımızın təhlükəsizliyinin təmin olunması üçün nazirlik tərəfindən addım atılmasını xahiş edirik”.

Qeyd edək ki, Oda Teatrı 1-ci mövsümünü Topçubaşov küçəsində yerləşən binaların birinin zirzəmisində keçirib. Həmin müddət ərzində də buna oxşar bir hadisə baş vermişdi. Bu dəfə teatr ikinci mövsümünü yeni bir məkanda - Əlövsət Quliyev küçəsində yerləşən binaların birində davam etdirir. Hadisə baş verən gün isə teatrın 2-ci mövsümünün 2-ci nümayişi təşkil olunubmuş.

XS
SM
MD
LG