Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:31

“Bu gün poeziyanın ən çox süquta uğradığı yer Qazaxdır”


Vaqif Nəsib "Azərbaycan" (Şeir)
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

Vaqif Nəsib "Azərbaycan" (Şeir)

“Pen klub” proqramının qonağı nasir, şair Vaqif Nəsibdir.

-

“Vaqif Səmədoğludan umu-küsüm o oldu ki, bir dəfə maraqlanmadı ki, atası harda yaşayıb, ora bir xatirə lövhəsi vurdursun. Mən ona Qazaxın ögey elçisi deyirəm...”

AzadlıqRadiosunun “Pen klub” proqramının qonağı nasir, şair Vaqif Nəsibdir. Namiq Hüseynlinin ondan aldığı müsahibədən seçmələr:

Söhbətin 1-ci yarısı

Söhbətin 2-ci yarısı

“Səməd Vurğunun tikdirdiyi mədəniyyət evini sökdülər. Halbuki UNESCO-nun siyahısına salınmalı idi...”

“Səməd Vurğun Rəsul Həmzətova bir şillə vurdu ki, sən kimsən, Şeyx Şamilin əleyhinə şeir yazırsan”.

“Osman Sarıvəlli məndən soruşdu ki, atan yenə də arı saxlayırmı – düşündüm ki, yəqin ürəyi bal istəyir – sən demə...”

“Çıxışımda dedim ki, Kanada kimi soyuq ölkədə 9 kitabı çıxan Rəsul Rzanı öz ölkəsində belə tənqid, təhqir etmək ən azı nadanlıqdır. Əli Vəliyev qabaq sırada oturmuşdu, dedi, nadan sənsən...”

“Müğənnilər Əliağa Vahidin yanına gəlirdilər ki, filankəsin toyudur, ala bu 50 manatı, 100 manatı, bəyin adı budu, ona bir şeir yaz. O da belə dolanırdı. Onun bəlkə 200-300 qəzəli belə havaya uçub gedib”.

“Əli Kərim dedi, istəyirsiz rəqs edim, istəyirsiz Potu çayında çimim, amma şeir oxumayacam”.

“Anarın sərkərdə olduğu bu 25 ildə Azərbaycan ədəbiyyatının 80 faizi istedadsız adamlar tərəfindən işğal olunub”.

“Yalnız Yusif Səmədoğlunun “Qətl günü” romanı Biləcəridən o yana keçə bilib”.

“Əkrəm Əylisliyə belə münasibət düzgün deyildi. Onda gərək ermənilər Qrant Matevosyanı asaydılar “.

“180 çap vərəqi həcmində çap olunmamış nəsr əsərlərim var”.

XS
SM
MD
LG