Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:41

Ukrayna müstəqilliyi günü separatçılar əsirlərin «parad»ını keçirib


-

Rusiyayönlü separatçılar Ukraynanın dövlət müstəqilliyi günü – 24 avqustda yüzə yaxın hərbi əsirin iştirakı ilə Donetskdə «parad» keçirib. Məlumata görə, paradı izləyənlər «faşist» deyə qışqıraraq, başlarını aşağı dikən əsirlərə boş butulka və zibil tolazlayıblar.

Human Rights Watch təşkilatının direktor müavini Rachel Denber Twitter vasitəsilə ötən gün yaşananları pisləyib, əsirlərin təhqir olunması və aşağılanmasının Cenevrə Konvensiyasının şərtlərinə zidd olduğunu bildirib.

Bu arada Ukraynanın müstəqilliyi ilə bağlı tədbirdə çıxış edən prezident Petro Poroshenko deyib ki, 2015-2017-ci illərdə hərbi avadanlığın alınmasına təxminən 3 milyard dollar sərf olunacaq.

Ukrayna müstəqilliyinin qeyd olunması ölkənin şərqində separatçılarla hökumət qüvvələri arasında döyüşlərin davam etdiyi vaxta təsadüf edir.

XS
SM
MD
LG