Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:38

Ukrayna böhranının xronologiyası [28 avqust - 2 sentyabr]

Ukraynanın şərqində gedən müharibə yeni mərhələyə keçir. Donetsk və Luqanskda Ukrayna təhlükəsizlik qüvvələrinə qarşı döyüşən yaraqlılara indiyədək Rusiya ərazisindən gələn ayrı-ayrı könüllülər qoşulurdusa, artıq bütöv nizami hərbi hissələr köməyə gəlir

Ukrayna hadisələri haqda bütün xəbərləri burada oxu

- İyul və avqust aylarında Ukrayna silahlı qüvvələri bir sıra uğurlar əldə edəndən sonra, Luqanskda və Donetskdə separatçıların rəhbərliyi sıralarında dəyişiklik həyata keçirildi. Yeni separatçı liderləri elan etdikər ki, tezliklə əks-hücuma keçəcəklər. Və həqiqətən də, avqust ayının ikinci yarısında döyüş bölgələrindən Ukrayna qoşunlarının hücumlarının tükənməsi haqda xəbərlər gəldi. Donetsk vilayətinin şərqində İlovaysk və Starobeşevo rayonlarında Ukrayna hərbi hissələri mühasirəyə alındı. Rusiyameylli qüvvələr gözlənilmədən Ukrayna qoşunlarının arxasından, Azov dənizi sahilində Rusiya-Ukrayna sərhəddindən güclü hücuma keçərək Novoazovsk şəhərini də zəbt ediblər. Onlar strateji əhəmiyyəti olan Mariupol şəhərinə hücuma hazırlaşırlar.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

16:46 28.8.2014

MƏXFİLİK PƏRDƏSİ ALTINDA DƏFN

Kostroma desantçılarının valideynləri ilə görüş (rus dilində)
Gözlə

No media source currently available

0:00 0:07:52 0:00

Bu günlərdə Ukrayna ordusu Rusiya desantçılarını əsir alıb. Ukrayna ərazisinə keçən bu hərbçilər deyirlər ki, Kostromada yerləşən hərbi desant qoşunlarında xidmət edilər. Onları hərbi təlim adı altında Rostov vilayətində gətirəndən sonra, ara yollarla Ukrayna ərazisinə göndəriblər. Rusiya prezidenti Putin Minsk sammitində Rusiya qoşunlarının Ukraynaya müdaxiləsi haqda xəbərləri təkzib edərək deyib ki, ola bilər hansısa bölmə yolu azaraq qonşu ölkəyə keçsin, lakin Rusiya hərbi komandanlığının Ukraynaya hərbçi göndərmək haqda ömri yoxdur. Desantçıların valideynləri öz övladlarının mediada görəndən sonra Rusiyanın siyasi rəhbərliyini ittiham etməyə başlayıblar. Kostormada AzadliqRadiosunun Rusiya xidmətinin əməkdaşları ilə söhbətdə bir qrup əsgər valideyni bildiriblər ki, rəsmilər onları inandırmağa çalışır ki, media oğullarının əsir görüntüləri saxtadır. Onlar buna inanmadıqlarının deyirlər. Rus dilində dərc olunan bu məqalədə bildirlir ki, desant qoşunlarının həlak olan əsgərləri məxfi şəkildə dəfn olunur, hərbi komandanlıq onların Ukraynada həlak olmasını inkar edir, lakin məhz hansı şəraitdə öldüklərini də izah edə bilmirlər.

16:30 28.8.2014

POROSHENKO TÜRKİYƏYƏ SƏFƏRİNİ TƏXİRƏ SALIR

Ukrayna prezidenti Petro Poroshenko bəyan edib ki, Donetsk vilayətinin şərqindəki Amvrosievka və Starobeşovo rayonlarına Rusiyadan gətirilmiş hərbi qüvvələr hücum edib. Yaydığı videomüraciətdə Poroshenko bildirir ki, Türkiyəyə səfərini təxirə salaraq Milli Təhlküəsizlik və müdafiə şurasının təcili iclasının çağırır. Prezident vəziyyətin kəskinləşməsi ilə əlqaədar BMT Təhlükəsizlik şurasına və Avropa Birliyinə müraciət edəcəyini bildirib.

XS
SM
MD
LG