Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:57

Almaniya əks-kəşfiyyatı islam dövləti yaraqlılarından ehtiyat edir


İraq islam dövləti yaraqlıları arasında döyüşən Özbəkistan vətəndaşları üzlərini gizlədir
İraq islam dövləti yaraqlıları arasında döyüşən Özbəkistan vətəndaşları üzlərini gizlədir

Almaniya əks-kəşfiyyatı islam dövləti yaraqlılarının Almaniya ərazisində terror törədəcəyindən ehtiyat edir. Bunu Almaniya əks-kəşfiyyatının rəhbəri Hans-Georg Maassen yerli medaiya bildirib.

Onun sözlərinə görə, təkcə Suriyaya radikalar tərəfində vuruşmağa Almaniyadan "bir neçə yüz adam gedib”.

Maasen etiraf edir ki, onların əlində konkret təhlükə barədə məlumat yoxdur. Ansaq onun sözlərinə görə, “sayıq olmaq lazımdır.”

Almaniya bundan əvvəl bildirirdi ki, Suriyadan və İraqdan 100 nəfər Almaniyaya geri qayıdıb. Onların yerli müsəlman əhalini radikallaşdırcağı təhlükəsi də Almaniyanı narahat edir.

Almaniya kansleri Merkel bildirirdi ki, İraq və Suriya İslam Dövləti təşkilatının yaraqlıları arasında 2 min Avropa vətəndaşı var, onlardan da 400 nəfəri Almaniyadandır.

XS
SM
MD
LG