Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:49

AB-Azərbaycan viza sadələşdirilməsi və readmissiya sazişləri qüvvəyə minir


-

Avropa Birliyi (AB) ilə Azərbaycan arasında Viza Sadələşdirilməsi Sazişi və Readmissiya Sazişi üzrə danışıqlar 2012-ci il fevralın 7-dən 2013-cü il iyulun 5-dək 4 rəsmi mərhələdə davam edib. Bu barədə AB-nin yaydığı məlumatda deyilir.

11 ÖLKƏ İLƏ SAZİŞ QÜVVƏYƏ MİNİB

2013-cü il noyabrın 29—da Avropa Birliyi və Azərbaycan Vilnüsda Şərq Tərəfdaşlığı samiti çərçivəsində viza sadələşdirilməsi sazişini imzalayıb. Bu il fevralın 28-də isə AB və Azərbaycan icazə olmadan yaşayan şəxslərin readmissiyası barədə sazişi imzalayıb. Readmissiya Sazişinin imzalanması uğurlu və müsbət danışıqlar prosesinin sonu oldu.

AB bildirir ki, sazişlər bu gün- sentyabrın 1-dən qüvvəyə minir. Qeyd etmək lazımdır ki, bu saziş Birləşmiş Krallıq, İrlandiya və Danimarkaya aid deyil.

İndiyədək AB viza sadələşdirilməsi və readmissiya sazişlərini 12 ölkəylə imzalanıb: Albaniya, Bosniya və Herseqovina, Makedoniya, Moldova, Monteneqro, Rusiya, Serbiya, Ukrayna, Gürcüstan və Cape Verde (hələ gözləyir), Ermənistan və Azərbaycan. Bu ölkələrdən 11-i ilə sazişlər qüvvəyə minib.

VİZANIN QİYMƏTİ DƏ DÜŞÜR

Viza Sadələşdirilməsi Sazişi Azərbaycan vətəndaşlarının qısamüddətli viza almasını asanlaşdırır və daha ucuz edir. Qısa müddətli viza 180 günlük müddət ərzində 90 gündən artıq qalmamağı nəzərdə tutan vizadır. Vizanın qiyməti isə 60 avrodan 35 avroya düşür. Diplomatik pasport sahibləri viza məsuliyyətindən azad olunur.

Readmissiya sazişi isə AB üzvləri və Azərbaycan hakimiyyəti üçün öhdəlik və prosedurları dəqiqləşdirir. Tərəflərin ərazilərində qanunsuz yaşayanların nə vaxt və necə geri göndərilməsi tənzimlənir.

XS
SM
MD
LG