Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:32

BVF: «Döyüşlər davam etsə, Ukraynaya 19 milyard dollar tələb olunacaq»


-

Beynəlxalq Valyuta Fondu bildirib ki, rusiyapərəst yaraqlılarla döyüşlər 2015-ci ilədək davam etsə, Ukraynanın daha çox kreditə ehtiyacı olacaq. Bu ilin martında Ukraynaya Fond 17 milyard dollarlıq krediti təsdiq etdi.

Fond bildirir ki, döyüşlər davam etsə, Ukraynanın 19 milyard dollarlıq kreditə ehtiyacı olacaq.

Fond vurğulayır ki, şərq regionu Ukraynanın Ümumi Daxili Məhsulunun 16 faizini verirdi.

Fondun fikrincə, Ukraynaya təhlükə olan 2 ən böyük risk reallaşdı- ölkənin şərqində döyüşlər və Qazpromla mübahisə.

BVF hesab edir ki, Qazpromla qaz mübahisəsi ölkə iqtisadiyyatı üçün böyük təhlükə kimi gəlir.

Fondun proqnozuna görə, bu il Ukranya iqtisadiyyatı 6,5 faiz geriləyəcək.

XS
SM
MD
LG