Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:36

Ukrayna böhranı (3-6 sentyabr)

Ukraynanın şərqindəki müharibə yeni fazaya daxil olur. 3 ay əvvəl separatçılar Ukrayna ordusuna qarşı Sovet dövründən qalma köhnə silahlarla döyüşürdülərsə, indi artıq onların əlində müasir silahlar və hərbi texnika var.

ƏVVƏLKİ GÜNLƏRİN XRONİKASINI BURADA OXU

UKRAYNA HAQDA BÜTÜN XƏBƏRLƏRİ BURADA OXU

Donbass mühasribəsində təşəbbüs Ukrayna silahlı qüvvələrinə qarşı döyüşən Rusiyameylli yaraqlıların əlinə keçib. İlovaysk ətrafında Ukraynalılara sarsıdıcı zərbələr vurandan sonra onlar uğurlarını bərkitmək üçün digər istiqamətlərdə də hücuma keçiblər. Luqansk aeroportu separatçıların əlində keçib. Donetsk aeroportu uğrunda gedən döyüşlərin nəticəsi haqda ziddiyyətli məlumatlar gəlir. Reuters həmin ərazidə tərk edilmiş Ukrayna mövqelərinin görüntülərni yaysa da, Kiyev aeroportun hələ də Ukrayna ordusunun əlində olduğunu iddia edir.

Eyni zamanda Rusiya və Ukrayna prezidentləri Donbassda atəşkəsin əldə olunması üzrə danışıblar. Separatçıların düşərgəsindən bu danışıqlara münasibətdə çalışırlar qeyd etsinlər ki, münaqişənin içtirakçıları Kiyev və Moskva deyil, Kiyev və Donetsk-Luqansk-dır.

Ukrayna tərəfi separatçıların tərəfində nizami Rusiya qoşunlarının döyüşdüyünü bəyan edərək, Donbassda baş verənlərin artıq "antiterror" əməliyyatı deyil, Rusiya ilə müharibə olduğunu bildirir. Moskva bu ittihamları rədd edir.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

17:49 3.9.2014

Poroshenko, Putin, atəşkəs...

Bu əl sıxma bütün dünyanın diqqətini cəlb edir
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00


Ukrayna və Rusiya prezidentləri telefonla danışıb Donbassdakı vəziyyəti müzakirə ediblər. Ətraflı burada oxu

XS
SM
MD
LG