Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:25

Ukrayna böhranı (3-6 sentyabr)

Ukraynanın şərqindəki müharibə yeni fazaya daxil olur. 3 ay əvvəl separatçılar Ukrayna ordusuna qarşı Sovet dövründən qalma köhnə silahlarla döyüşürdülərsə, indi artıq onların əlində müasir silahlar və hərbi texnika var.

ƏVVƏLKİ GÜNLƏRİN XRONİKASINI BURADA OXU

UKRAYNA HAQDA BÜTÜN XƏBƏRLƏRİ BURADA OXU

Donbass mühasribəsində təşəbbüs Ukrayna silahlı qüvvələrinə qarşı döyüşən Rusiyameylli yaraqlıların əlinə keçib. İlovaysk ətrafında Ukraynalılara sarsıdıcı zərbələr vurandan sonra onlar uğurlarını bərkitmək üçün digər istiqamətlərdə də hücuma keçiblər. Luqansk aeroportu separatçıların əlində keçib. Donetsk aeroportu uğrunda gedən döyüşlərin nəticəsi haqda ziddiyyətli məlumatlar gəlir. Reuters həmin ərazidə tərk edilmiş Ukrayna mövqelərinin görüntülərni yaysa da, Kiyev aeroportun hələ də Ukrayna ordusunun əlində olduğunu iddia edir.

Eyni zamanda Rusiya və Ukrayna prezidentləri Donbassda atəşkəsin əldə olunması üzrə danışıblar. Separatçıların düşərgəsindən bu danışıqlara münasibətdə çalışırlar qeyd etsinlər ki, münaqişənin içtirakçıları Kiyev və Moskva deyil, Kiyev və Donetsk-Luqansk-dır.

Ukrayna tərəfi separatçıların tərəfində nizami Rusiya qoşunlarının döyüşdüyünü bəyan edərək, Donbassda baş verənlərin artıq "antiterror" əməliyyatı deyil, Rusiya ilə müharibə olduğunu bildirir. Moskva bu ittihamları rədd edir.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

12:08 4.9.2014

Lavrov: Separatçılar Putinin atəşkəs çağırışını nəzərə alır

Rusiyanın xarici işlər naziri Sergei Lavrov bəyan edib ki, rusiyayönümlü separatçılar Vladimir Putinin atəşkəs çağırışını nəzərə alırlar.

14:30 4.9.2014

Rusiyanın hərbi karvanı Krosnodona tərəf hərəkət edir

Rusiyanın hərbi karvanı Krosnodona tərəf hərəkət edir
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Ukrayna Milli Təhlükəsizlik şurası Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin təsdiqi kimi bu videonu yayıb. 120-yə yaxın hərbi texnika Rostov vilayətindən Luqansk vilayətinin Krasnodon şəhərinə istiqamət alıb. Yanacaqdaşıyan maşınlarının üstündə rusca "Oqneopasno" (oddan təhlükəli) yazılıb. Yol işarələri ərazinin artıq Ukryna olduğuna dəlalət edir.

15:29 4.9.2014

FRANSA RUSİYANI BELƏ CƏZALANDIRIR

Hərbi gəminin Rusiyaya aparılması üçün artıq Rusiya dənizçiləri, Farnsanın Saint-Nazaire limanına gəlimşdilər. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi bu dənizçilərin xidmətinə ehtiyyacı yox etdi
Hərbi gəminin Rusiyaya aparılması üçün artıq Rusiya dənizçiləri, Farnsanın Saint-Nazaire limanına gəlimşdilər. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi bu dənizçilərin xidmətinə ehtiyyacı yox etdi

Ukrayna münaqişəsindən əvvəl Fransa Rusiya üçün 2 hərbi gəmi tikirdi. Vertolyot və hərbi texnika daşıyan "Mistrall" tipli bu gəmilərdən biri artıq oktyabda Rusiyaya təhvil veriləcəkdi. Sentyabrın 3-də Fransa prezidenti müqavilənin baş tutmayacağını bəyan edib. Bu sifarişi yerinə yetirdiyinə görə Fransa hərbi alyasn üzrə müttəfiqləri tərəfindən kəskin tənqid olunurdu. Krımın ilhqaından sonra Fransa bir neçə dəfə bəyan etmişdi ki, müqavilə yerinə yetiriləcək. Ətraflı burada oxu


16:09 4.9.2014

NATO Sammitinin əsas mövzusu - Rusiya təhlükəsidir


Uelsdə NATO ölkələrinin sammitində ancaq bu hərbi alyansa daxil olan ölkələrin deyil, NATO ilə əməkdaşlıq edən dövlətlərin də rəhbərləri iştirak edir - ümimilikdə 60 ölkədən nümayəndə var. Sammitin təşkilatçılarından biri Uelsdən Britaniya parlamentinə üzv seçilmiş Dai Havard AzadliqRadiosuna müsahibəsində deyir ki, NATO birbaşa Rusiyanın hərbi müdaxiləsinə deyil, onun "Hibrid müharibə" taktikasına qarşı durmağı öyrənməlidir. Onun fikrincə, Rusiya Baltik ölkələrində məhz bu taktikadn istifadə edə bilər, lakin NATO üzv ölkələrini bu təqdirdə də müdafiə edəcək. Ukrayna ilə bağlı, cənab Havard bildirir ki, bu ölkə NATO üzvü olmadığından alyans ora birbaşa hərbi müdaxilə məsələsini nəzərdən keçirmir. Söhbət hərbi ekspertlərin məsləhətləri, Ukrayna ordusunun yenidən qurulmasına yardım və texniki dəstəkdən gedə bilər. Uels siyasətçisinin sözlərinə görə, BMT Ukrayna ilə bağlı xüsusi qərar qəbul etsə, NATO bu taktikasını dəyişə bilər.

Davamı

XS
SM
MD
LG