Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:21

Lavrov deyir ki, Rusiya-AB münasibətlərini qorumaq şansı qalır


Rusiyanın xarici işlər naziri, Sergei Lavrov
Rusiyanın xarici işlər naziri, Sergei Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyir ki, Avropanın Moskvaya qarşı yeni sanksiyaları Ukraynada münaqişəyə son qoymaq cədlərinə zərbə vuracaq. Ancaq onu da əlavə edib ki, Rusiya-AB münasibətləri elə bir nöqtəyə çatmayıb ki, geri qayıtmaq mümkün olmasın.

İspaniyanın "El Pais" qəzetinə müsahibəsində Lavrov qeyd edib ki, sanksiyalar “Kiyevdə müharibə tərəfinə birbaşa dəstək siqnalı göndərir”.

Ancaq Lavrov əminliyini bildirib ki, Rusiya-AB münasibətlərində “təhlükəsizlik şəbəkəsi” “bizə münaqişədən öncəki statusu bərpa etməyə deyil, onu irəlilətməyə də imkan yaradacaq”.

Buna görə, AB və Birləşmiş Ştatlar “yekunda ağlın səsinə qulaq asmalı və bu qarşılıqlı sanksiyaların mənasız və pis qarşılıqlı sanksiyalar dövrəsini dayandırmalıdır”.

Lavrov deyib ki, Ukrayna qüvvələri və rusiyayönlü separatçılar arasında atəşkəsə “ümumilikdə əməl olunur”.

XS
SM
MD
LG