Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:56

Sülh Marşı: «Putin, bəsdir, yalan danışdın, müharibə etdin» [Video]


Moskvada sülh marşı
Gözlə
Embed

No media source currently available

0:00 0:04:16 0:00

Moskvada sülh marşı

-

Moskvada Rusiyanın Ukraynaya təcavüzü əleyhinə sülh marşı keçirilib.

Moskvada «Sülh marşı» başa çatıb. Müxtəlif məlumatlara görə, yürüşdə 15 minədək adam iştirak edib. Onlar Rusiyanın Ukraynaya hərbi təcavüzünə etirazlarını bildiriblər.

Saratovda, Yekaterinburqda, Sıktıvkarda və başqa şəhərlərdə də icazəli yürüş keçirilib.

***

ITAR-TASS agentliyinin məlumatına görə, Moskvada yürüş iştirakçılarının qaldırdıqları bayraqlar arasında Rusiya, Ukrayna bayraqları ilə yanaşı, Azərbaycan bayrağı da var.

Yürüşdə Rusiyanın keçmiş baş naziri Kasyanov, RPR-PARNAS partiyasının həmsədri Nemtsov, Dumanın keçmiş deputatı Gudkov və başqaları iştirak edir.

Moskvada Sülh Marşı
Moskvada Sülh Marşı

***

Moskvada yürüş təşkilatçılarından olan Peter Tsarkov Twitter-də yazıb ki. polis bəzi şüarları yürüşə gətirməyə icazə verməyib.

Yürüş Puşkin meydanından başlanıb.

Yürüşdən sonra mitinq keçirilməyəcək.

Moskvada yürüşə Rusiyanın Ukraynaya hərbi təcavüzünün əleyhinə olanlarla yanaşı, özünü «Donetsk Xalq Respublikası» adlandıran qurumun tərəfdarları da gəlib.

***

Sankt-Peterburqda və Moskvada Sülh Marşında minlərlə nümayişçi iştirak edir.

Sankt Peterburqda nümayişə yerli hakimiyyət icazə verməyib. Bununla belə bura minlərlə adam gəlib.

Nümayişçilər Yekaterinburqda da yürüşə çıxıb.

Moskvada Sülh Yürüşü
Moskvada Sülh Yürüşü

Barnaulda «Sibir müharibənin əleyhinədir» şüarını qaldıran yerli fəal Artyom Kosaretsky hücuma məruz qalıb və daha sonra saxlanıb.

***

Sankt-Peterburqda Sülh Marşına gələn Tatyana adlı yerli sakin AzadlıqRadiosuna deyir: «Mən bura ona görə gəlmişəm ki, Rusiya qoşunlarının Ukraynaya göndərilməsi cinayətdir. Krımın anneksiyası cinayətdir. Putin hakimiyyətdə qaldıqca, bunlar davam edəcək».

Andrey adlı başqa nümayişçi deyir: «Mən bura ona görə gəlmişəm ki, baş verənlərdən narazıyam».

Marina adlı nümayişçi isə deyir: «Mən sülhə səs verməyə gəlmişəm. Mən qan tökülməsini, istər rusiyalının, istər ukraynalının qanının tökülməsini istəmirəm».

***

Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov Rusiyanın «Dojd» televiziyasına deyib ki, hazırda Rusiyanı «müharibə partiyası» idarə edir. Bu partiyanın başında prezident Putin dayanır.

Moskvada Sülh Marşı
Moskvada Sülh Marşı

Onun fikrincə, Moskvada sülh marşını keçirən isə «sülh partiyası»dır.

***

Moskvada Rusiyanın Ukraynaya təcavüzü əleyhinə Sülh Marşı keçirilir. Əsas şüar belədir: «Putin, bəsdir, yalan danışdın, müharibə elədin».

Moskvada bundan əvvəlki sülh yürüşü martın 15-də-Krımın Rusiyaya birləşdirilməsi referendumu ərəfəsində olmuşdu.

Təşkilatçıların fikrincə, son marşdan bəri Rusiya Ukraynaya münasibətdə daha aqressiv olub, eyni vaxtda Rusiyanın beynəlxalq təcridi artıb, bu da ağır iqtisadi nəticələrə gətirir.

Sülh yürüşü Moskva hakimiyyəti ilə razılaşdırılıb.

Moskvada yürüşdə ümumilikdə 50 min adamın iştirak edəcəyi gözlənilir.

Eyni yürüş Sankt-Peterburqda da keçirilir, ancaq Novosibirskdə yerli ictimai fəallar marş keçirilməsini hakimiyyətlə razılaşdıra bilmədi.

Müharibə əleyhinə yürüşlər Yekaterinburqda, Berlində, Vyanada, Parisdə, Kiyevdə, Burqasda və Vaşinqtonda keçiriləcək.

Bu aksiyalar 21 sentyabr Beynəlxalq Sülh Gününə həsr olunub.

2001-ci ildə BMT 21 sentyabrı zorakılıqdan imtina və bütün dünyada atəşin dayandırılması günü elan etdi.

XS
SM
MD
LG