Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:31

Kerry və Zarif İD təhlükəsini müzakirə edir


John Kerry və Mohammad Javad Zari
John Kerry və Mohammad Javad Zari

-

ABŞ Dövlət Katibi John Kerry və İranın xarici işlər naziri Mohammad Javad Zarif sentyabrın 21-də Nyu Yorkda apardıqları danışıqlarda İslam Dövləti yaraqlılarının yaratdığı təhlükəni müzakirə ediblər. ABŞ rəsmisinin bildirdiyinə görə, onlar Tehranın atom fəaliyyətini azaltmağa dair razılaşmanı götür-qoy ediblər. Bu, Tehrana nüvə fəaliyyətinə görə qoyulmuş sanksiyalara son verilməsi əvəzində həyata keçiriləcək.

Həmin görüş nüvə danışıqlarının son raundu çərçivəsində keçirilir. Artıq 4-cü gündür İranla dünyanın 6 güclü dövləti – Birləşmiş Ştatlar, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya arasında danışıqlar gedir.

Danışıqlar aylar idi dayanmışdı. İran uranın zənginləşdirilməsində istifadə olunan sentrifuqların ölçüsü və istehsalını kəskin azaltmağa qarşı çıxırdı.

İran gizlicə nüvə silahları hazırlamasına dair Qərbin iddialarını yalanlayır.

XS
SM
MD
LG