Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:30

David Cameron İran prezidenti ilə görüşəcək


Britaniya və İran bayraqları
Britaniya və İran bayraqları

Britaniyanın baş naziri David Cameron Hassan Rouhani ilə bu həftə Nyu Yorkda görüşəcək.

Bu, iki ölkənin rəhbərləri arasında İran İslam İnqilabından bəri ilk yüksək səviyyəli görüş olacaq.

Mətbuat xəbər verir ki, Britaniya və İran liderlərinin görüşündə İraq və Suriyadakı İslam Dövləti (İŞİD) yaraqlılarına qarşı kampaniyada Tehranın verə biləcəyi töhfə müzakirıə olunacaq.

Bundan əvvəl İslam Dövlətinə qarşı beynəlxalq koalisiyanın tərtibinə həsr olunmuş Paris konfransında İranın iştirakına icazə verilməmişdi.

Britaniyanın Baş naziri David Cameron
Britaniyanın Baş naziri David Cameron

Eyni qayda ilə İran Suriya prezidenti Bashar al-Assadın devrilmıəsi yollarına dair Cenevrədə keçirilmiş iki konfransa da buraxılmayıb.

İran prezidenti Hassan Rouhani İŞİD-in qatı tənqidçilərindən olsa da, ABŞ-ın bu təşkilata qarşı yalnız hava zərbələri endirmək strategiyasını faydasız adlandırıb.

Tehran hesab edir ki, İŞİD bölgəyə quru qoşunları yeridilmədən məğlub edilə bilməz.

Cameron Rouhanini Assada dəstəkdən çəkindirməyə çalışır

Britaniya hökumətinə yaxın mənbələr bildiriblər ki, Cameron İran prezidenti ilə üzbəüz danışıqlarda onu Tehranın al-Assada dəstəyini dayandırması zəruriliyinə inandırmağa çalışacaq.

Bu arada David Cameron həmçinin İranla onun nüvə proqramına dair danışıqlar aparan E3+3 qrupunun adından Tehrana müraciərt edərək onu realist mövqe tutmağa dəvət edib.

Hökumət mənbələri bildiriblər ki, İranın nüvə proqramı barədə narahatlıq qalır, lakin əgər Tehran İŞİD-ə qarşı beynəlxalq koalisiyada iştirak etmək istəyirsə, Qərb onunla danışıqlara başlamalıdır.

Rəsmi London bildirir ki, İran əgər İŞİD-ə qarşı mübarizə qətiyyətində səmimidirsə, Bağdadda bir, Dəməşqdə başqa mövqe tuta bilməz.

Rouhani: qurbansız qələbə olmur

İran prezidenti Hassan Rouhani BMT sammitində iştirak etmək üçün Nyu Yorka səfəri ərəfəsində bildirib ki, Barack Obamanın İŞİD üzərinə yalnız hava zərbələri endirilməsinə əsaslanan strategiyası mükəmməl siyasət deyil.

İranın prezidenti Hassan Rohani.
İranın prezidenti Hassan Rohani.

“Amerikalılar İraq torpağı üzərində itkilər verməkdən qorxurlar? Onlar terrorizmə qarşı mübarizə adlandırdıqları bu döyüşdə əsgərlərinin öldürüləcəyindən qorxurlar?” – deyə sual edib Rouhani.

İran prezidenti bildirib ki, terrorçuluğa qarşı mübarizədə ağır döyüşlərə girmədən, qurbanlar vermədən qalib gəlmək mümkün deyil.

“Ola bilsin ki, bəzi şərait və situasiyalarda hava zərbələri zəruri ola bilıər. Lakin hava zərbələri həmin ölkənin xalqının və hökumətinimn razılığı ilə endirilməlidir” – deyib İran prezidenti.

Downing Street 10-dan verilən məlumatlara görə David Cameron həmçinin Misir prezidenti Abdel Fattah el‑Sisi ilə görüşməyi planlaşdırır.

XS
SM
MD
LG