Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:31

Heyvanların sayı azalır


Ov
Ov

-

Dünyada vəhşi heyvanların 3 min növünün sayı düşünüldüyündən qat-qat çox azalıb. Dünyanın ən böyük ətraf mühit qruplarının yeni tədqiqatına əsasən belə demək olar.

İsveçrədə mənzillənən WWF təşkilatı bildirir ki, 1970-2010-cu illərdə vəhşi heyvanların sayı 52 faiz azalıb ki, bunun da əsas səbəbi insanın təbiətə yaratdığı təhlükədir.

Balıq, quş, məməlilər, suda-quruda yaşayanlar və sürünənlərin sayı təkmilləşmiş metodlarla öyrənilib. Qrup 2012-ci ildə bildirirdi ki, 1970-2008-ci illərdə heyvanların sayı 28 faiz azalıb.

10 MİNDƏN ÇOX HEYVAN ÖYRƏNİLİB

Tədqiqat göstərir ki, dünyada heyvan sayının azalmasının səbəbləri ov və balıqçılığın artması, eləcə də təbii mühitin pisləşməsidir. Digər əsas faktorlar qlobal istiləşmə, invaziv (parazitli) növlər, çirklənmə və xəstəliklərdir.

Araşdırma 10 mindən çox heyvan üzərində aparılıb.

“Biomüxtəliflik həm mülayim, həm də tropik regionlarda düşür, ancaq tropiklərdə düşüş daha böyükdür,” qrup bildirir.

WWF-nin məlumatına görə, yeni aşkarlanmış heyvan itkilərindən ən pisi Cənubi Amerikada baş verir.

SANKİ BİRDƏN ÇOX YER KÜRƏSİ VAR...

Vəhşi təbiət
Vəhşi təbiət

WWF baş katibi Marco Lambertini deyib ki, “ola bilsin kəskin və qarşısıalınmaz ətraf mühit dəyişikliklərinə gətirəcək sərhədləri aşmışıq”.

“Təbiətin hədiyyəsindən elə istifadə edirik ki, sanki əlimizdə birdən çox Yer kürəsi var,” o, sözlərinə əlavə edib.

Hesabat “insan inkişafı yüksək həddə olan ölkələri” ekologiyaya təsirini sabit həddə saxlamağa çağırıb.

XS
SM
MD
LG