Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:27

Xələf Xələfov: «Astana sammiti danışıqlarda yeni mərhələ ola bilər»


Xələf Xələfov: «Astana sammiti danışıqlarda yeni mərhələ ola bilər»
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

-

"18 ildən sonra nəhayət ki, Xəzərin əsas məsələləri üzərində ümumi razılıq əldə edilib. Astana Sammiti danışıqlarda yeni mərhələ ola bilər"

Bu sözləri sentyabrın 30-da Xarici İşlər nazirinin müavini Xələf Xələfov keçirdiyi mətbuat konfransında belə deyib. Konfrans Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitinin yekunlarına həsr olunub.

Xələf Xələfov bildirib ki, Sammitdə 5 sənəd qəbul edilib, bir neçə saziş imzalanıb. Bunlar Xəzərin bioloji resusrslarından səmərəli istifadə, Xəzər dənizində fövqəladə halların aradan qaldırılması üçün əməkdaşlıq sazişi və hidreometrologiya haqqında sazişdir.

Azərbaycan, Rusia, İran , Qazaxıstan və Türkmənistan prezidentlərinin yaydığı birgə bəyanatı isə Xələf Xələfov sammitin önəmli məsələsi adlandırıb.

Bildirib ki, bəyanatda Xəzərin gələcək fəaliyyətini tənzimləyən prinsiplər yer alıb:

"Xəzər ətrafındakı dövlətlərin hər biri 15 mil dövlətlərin suverenlik zonasıdır. 10 mil "müstəsna balıqçılıq" zonası, geri qalan qismi istifadə zonası kimi qəbul edilib. Dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsas prinsip kimi götürülüb. Xəzər dənizi yanlız sülh məqsədləri ilə istifadə oluna bilər. Azərbaycan da daxil olmaqla heç bir dövlət Xəzərin silahlanmasının tərəfdarı deyil. Bəyanatda Xəzərin dibinin bölüşdürülməsi məsələsi də göstərilib. Orta xətt prinsipi əsasında dövlətlər arasında bölüşdürülür".

Nazir müavinin sözlərinə görə Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilən IV Sammiti Xəzər dənizinin statusunun müəyyən edilməsində yeni mərhələnin əsasını qoyub.

Xəzəryanı dövlətlərin prezidentlərinin Həştərxan sammiti sayca IV dür. Bundan əvvəl Aşqabadda, Tehranda və Bakıda keçirilib. Növbəti toplantı Qazaxıstanda keçiriləcək.

XS
SM
MD
LG