Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:33

İŞİD daha bir britaniyalı girovun öldürüldüyünü göstərən video yaydı


Videoda deyilir ki, Alan Henning-in qətli «Amerika və onun müttəfiqlərinə daha bir mesaj» olaraq icra edilib.
Videoda deyilir ki, Alan Henning-in qətli «Amerika və onun müttəfiqlərinə daha bir mesaj» olaraq icra edilib.

-

ABŞ prezidenti Barack Obama deyib ki, Alan Henning suriyalıların həyatını yaxşılaşdırma üçün işləyib. Onun ölümü Britaniya və ailəsi kimi suriyalılar üçün də itkidir.

A.Henning-i öldürən yaraqlı deyib ki, «Obama, sən bizim Şəmsdəki (Suriya) ərazilərimizi bombalamağa davam etdikcə, biz də sənin adamlarını öldürəcəyik».

Bir çox ölkələr İŞİD-ə qarşı beynəlxalq koalisiyada birləşib. Hollandiya «F-16» qırıcı təyyarələri verəcək, Avstraliyadan hava hücumlarına qoşulmaq dəstəyi gəlib. Kanada oktyabrın 6-a kimi qırıcı təyyarə göndərməsi ilə bağlı qərar verəcək.

***

İslam Dövləti (İD) təşkilatı britaniyalı humanitar yardım işçisi Alan Henning-in edamsayağı öldürüldüyünü göstərən video yayıb.

İD bəyan edib ki, Henning-in qətli “Amerika və onun müttəfiqlərinə daha bir mesaj” olaraq icra edilib.

Bundan əvvəlki İD videolarında olduğu kimi bu süjetdə də Henning-dən sonra öldürülməsi planlaşdırılan daha bir girov – amerikalı Peter Edward Kassig görünüb.

ABŞ mətbuatı yazır ki, Kassig əslən İndiana ştatındandır və ABŞ əsgəri kimi İraq müharibəsində iştirak edib. Onun ixtisası təcili tibbi yardımdır və o, 2012-ci ildə Suriya qaçqınlarına yardım göstərmək üçün Livana gedib.

Yenə də cihadçı John

Videonun xalisliyi rəsmi qaydada təsdiq edilməsə də o, üslubuna görə bundan əvvəl iki Amerika jurnalistinin və britaniyalı humanitar yardım işçisinin qətlini görüntüləyən videolarla eynilik təşkil edir.

Mətbuat yazır ki, videoların çəkildiyi ərazinin topoqrafik landşaftı da oxşardır.

Bu videoda da cəllad qismində, London ləhcəsində danışan maskalı şəxs görünür.

Amerika və Britaniyanın kəşfiyyat xidmətləri bundan əvvəl yayılmış videolardakı şəxslə eyniyyət təşkil edən və “Cihadçı John” kimi tanınan şəxsin kimlyini dəqiqləşdirdiklərini elan ediblər.

Rəsmi orqanlar onun əsl adını hələlik açıqlamayıblar.

Britaniyanın Xarici İşlər Nazirliyi bildirib ki, hazırda videomaterialı təhqiq edir.

Nazirliyin bəyanatında deyilir ki, “əgər bu həqiqətdirsə, deməli, daha bir iyrənc qətl hadisəsi törədilib”.

“Şəriətin ədaləti naminə”

Dostları arasında “Gadget” ləğəbi ilə tanınan 47 yaşlı Henning İngiltərənin Salford şəhərində taksi sürücüsü işləyib.

O ötən ilin dekabrında Suriyaya humanitar yardım apararkən Türkiyə sərhədini keçdikdən sonra oğurlanmışdı.

Onun öldürülməməsi üçün İD-ə 100-dək tanınmış və nüfuzlu müsəlman din xadimi müraciət etmişdi.

Hətta terrorçu kimi məhkum edilmiş Abu Mohammed al-Maqdisi də İD-ə müraciət edərək “Şəriətin ədaləti” naminə Henning-in azad edilməsinə çağırmışdı.

Baş nazir David Cameron, müxalifət liderləri və Britaniya parlamentinin üzvləri Hening-in qətli xəbərinə hiddətli reaksiya veriblər.

Britaniya müsəlmanları da bu qətli qətiyyətlə pisləyiblər və bildiriblər ki, “Henning-i öldürənlərin İslama zərrəcə ehtiramı yoxdur”.

Britaniya Müsəlmanları Şurasının baş katibi doktor Shuja Shafi diqqəti xüsusilə də qətl barədə xəbərin müqəddəs Həcc ziyarəti zamanında yayıldığına çəkib və deyib ki, bu hadisəni törədənlər İslamın əleyhinə olan şəxslərdir.

Britaniya mətbuatı yazır ki, Alan Henning-in öldürülməsi Britaniyanın İD-ə qarşı beynəlxalq koalisiyaya qoşulması və İraqdakı cihadçı mövqelərinə ilk hava zərbələri endirməsinin dərhal ardınca baş verib.

Raket zərbələrindən əvvəl teleəlaqə

“The Guardian” qəzetində dərc olunmuş məqalədə qeyd olunur ki, Kral Hərbi Hava Qüvvələrinin İD-in iki hədəfi üzərinə zərbə endirməsindən az əvvəl Xarici İşlər Nazirliyi Henning-in xanımı Barbara ilə girovçular arasında teleəlaqə təşkil edib. Bu əlaqə zamanı Henning-in xanımı girovçulardan ərinin azad olunmasını xahiş edib.

Sözü gedən qətl videosunda isə Alan Henning-in özü qısa çıxış edərək ölümündə Britaniya parlamentinin İD-ə qarşı hava kampaniyasına səs verməsini məsul bildiyini söyləyir.

ABŞ prezidenti Barack Obama bu qətli pisləyərək bir daha bəyan edib ki, Amerika britaniyalı müttəfiqləri ilə bərabər terrora qarşı mübarizəni davam etdirəcək, habelə Jim Foley, Steven Sotloff və David Haines-in qatillərini ədalət qarşısına gətirəcək.

XS
SM
MD
LG