Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 01:30

Erməni rəssamın çəkdiyi «İmam Əli» portreti


Akop Ovnatanyan (1806—1881)
Akop Ovnatanyan (1806—1881)

-

İranın Qacar sülaləsindən olan hökmdarı Nəsrəddin şah ona Nəqşbaşı (ustad rəssam, baş rəssam) titulu vermişdi.

Tiflisdə doğulan Akop Ovnatanyan (1806—1881) 23 yaşında Peterburqa yollanmış, amma İmperator İncəsənət Akademiyasına qəbul oluna bilməmişdi.

Buna baxmayaraq Tiflisə qayıdıb portret ustası kimi tanına bilmişdi.

Foto sənəti ixtira olanandan sonra Tiflisdə portretçilərin sifarişləri azalmağa başlayanda Ovnatanyan Təbrizə köçür, orada yaşayan qızının yanına.

İranda onun sənətinə yüksək qiymət verirlər. Qacar sarayında o, Nəsrəddin şahın, hətta İmam Əlinin portretini çəkmək şərəfinə də nail olur.

1881-ci ildə Tehranda vəfat edən rəssam oradakı Müqəddəs Georgi Kilsəsində dəfn edilib. Vətənində onun sənətinə qiymət 1920-ci ildən sonra verilib, onun portretləri yüksək sənət nümunələri kimi qəbul edilib.

Ovnatanyan adlı-sanlı nəqqaşlar nəslindən idi, rəssamlığı atası Mkrtum Ovnatanyandan öyrənmişdi. O, yaradıcılığında Avropa yağlı boya portretçiliyini erməni miniatür sənəti ilə sintez edə bilmişdi. O həm də xristian dini mövzuları çərçivəsindən (əsrlərlə davam edən ənənədən) tam kənara çıxa bilmişdi.

Onun çəkdiyi rəsmlərdən:

İmam Əli
İmam Əli

Nəsrəddin şah Qacar
Nəsrəddin şah Qacar

Kapitan M. Buchkiev (Buchkishvili). Gürcü zadəganı. Rus-Türk müharibəsində ölüb.
Kapitan M. Buchkiev (Buchkishvili). Gürcü zadəganı. Rus-Türk müharibəsində ölüb.

Knyaginya Melikishvili. 19-cu əsrin ortaları, Rəssam Akop Ovnatanyan. Erməni əsilli Melikishvili-lər Şah Abbas zamanında İslamı qəbul etmiş və bundan sonra Lori vilayətinin idarəçiliyi onlara tapşırılmışdı.
Knyaginya Melikishvili. 19-cu əsrin ortaları, Rəssam Akop Ovnatanyan. Erməni əsilli Melikishvili-lər Şah Abbas zamanında İslamı qəbul etmiş və bundan sonra Lori vilayətinin idarəçiliyi onlara tapşırılmışdı.

XS
SM
MD
LG