Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:26
"Büdcəmiz təmkinli büdcədir"
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

"Büdcəmiz təmkinli büdcədir"

Milli Məclisdə 2015-ci ilin büdcə müzakirələri başa çatıb [Video]

-

Noyabrın 18-də Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi başlayıb. Büdcə 90 dollardan hesablanıb. Layihənin müzakirəsi 3 gün davam edib.

Ən son xəbərlər yazının yuxarı bölümündədir. Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»da daha öncə gedən xəbərlərlə tanış olmaq imkanınız var.

13:05 19.11.2014

«Hər ölkənin öz modeli olduğu kimi vətəndaş cəmiyyətinin də Azərbaycan modeli var»

Bahar Muradova vətəndaş cəmiyyətinin inkişafından danışıb. O deyib ki, Azərbaycan artıq beynəlxalq layihələr keçirir:

«QHT-yə Dəstək Dövlət Şurası bu il 20-dək beynəlxalq tədbir keçirib. Kim deyirsə, 6 milyon manat Şura üçün yetərli vəsaitdir, düşünürəm ki, bu o qədər də çox deyil. Dünən burda Azay Quliyev təklif etdi ki, vəsait 10 milyona qaldırılsın. Mən bilmirəm nə qədər, amma onu bilirəm ki, Şuraya ayrılan maliyyə vəsaiti artırlmalıdır».

12:59 19.11.2014
Deputat Fərəc Quliyev
Deputat Fərəc Quliyev

«Neftsiz ölkələr büdcəni necə formalaşdırırlar?»

Fərəc Quliyev: «Neft Fondu rubla da investisiya yatırıb. Amma rublun dəyəri aşağı düşür. Belə getsə, yəqin bu cür də qalacaq. Rubla qoyulan aktivlərimiz əriyəcək. Elə bilirəm ki, Neft Fondunun rubl siyasətinə redaktələr edilməlidir».

Fərəc Quliyev təklif edir ki, büdcənin neft gəlirlərindən asılılığını azaltmaq üçün ciddi tədbirlər görülməlidir: «Neftsiz ölkələr var, onlar büdcəni necə formalaşdırırlar?»

O, yaşayış minumumunun ehtiyac meyarına uyğunlaşdırılmasını təklid edir. Deyir ki, hazırki yaşayış minimumu adekvat deyil.

12:56 19.11.2014

Deputat Fəzail Ağamalı
Deputat Fəzail Ağamalı

Milli Məclis 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi ilə davam edir.

Fəzail Ağamalı: «Kənd təsərrüfatının inkişafına xüsusi diqqət verilməlidir. Aqrar sahədə sənaye istehsalının stimullaşdırlması ilə bağlı güzəştlər tətbiq edilməlidir. Daxili bazarın qorunması üçün müvafiq addımlar atılmalıdır. Mən bankların kredit siyasətinə də toxunmaq istəyirəm. Deyirlər ki, əhalinin çoxu, 5 milyon adam kredit borcuna girib. Kommersiya banklarının verdiyi kreditlərin faiz dərəcələri çox yüksəkdir. Faizlərin aşağı salınmasına ciddi ehtiyac var. Bəlkə, faizlərin aşağı salınması üçün Mərkəzi Banka əlavə səlahiyyətlər verək, bunun üçün lazımdırsa, qanunveciliyə dəyişiklik edək. Bəlkə bu yolla insanları kommersiya bankının nəhəng mədəsindən xilas edə bilək».

17:30 18.11.2014

«Biz məktəbdə oxuyanda...»

Deputat Jalə Əliyeva məktəblərdə bilet satışının ləğvindən narahatlığına dilə gətirib:

«Biz məktəbdə oxuyanda simvolik bir məbləğdə teatra bilet verirdilər. İndi bu ənənə aradan qalxıb. Mənə dedilər ki, səbəbsiz yerə məktəblərdə pul yığılmasının qarşısını almaq üçün daha məktəblərdə bilet satmırlar. Məncə, büdcədən cüzi məbləğdə vəsait ayıra bilərlər ki, uşaqların mədəni zövqü məktəbdəykən formalaşsın».

Davamı

XS
SM
MD
LG