Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:20

Azərbaycan nümayəndələri siyasi məhbusların adı olan posterləri cırıb


Cırılan posterləri Çexiyanın «Nesenhuti» adlı QHT-si hazırlayıb.
Cırılan posterləri Çexiyanın «Nesenhuti» adlı QHT-si hazırlayıb.

-

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun noyabrın 20-də Batumidə keçirilən Baş Məclisində Azərbaycan nümayəndə heyəti Azərbaycanda siyasi məhbusların adları yazılmış bəzi posterləri cırıb.

Avropa Birliyinin sponsorluğu ilə keçirilən bu tədbir Forumun ali qərarverici orqanıdır.

Cırılan posterləri Çexiyanın «Nesenhuti» adlı QHT-si hazırlayıb, onları Batumiyə Çexiyanın bir başqa QHT-si – «People in Need» gətirib.

Azərbaycan nümayəndə heyəti öz hərəkətini belə izah edib ki, Forumun başqa üzvləri də bu problemlə üzləşir, amma barmağı məhz bir ölkəyə tuşlamaq ədalətsizlikdir.

Azərbaycan nümayəndə heyəti Çexiya təşkilatını erməni lobbisinə işləməkdə ittiham edib.

Forum komitəsi bu insidentlə bağlı bəyanat yayaraq Azərbaycanın bəzi nümayəndələrinin hərəkətini pisləyib.

XS
SM
MD
LG