Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:39

Daxili işlər naziri Ramil Usubova


Azərbaycan daxili işlər naziri general-polkovnik Ramil Usuobv
Azərbaycan daxili işlər naziri general-polkovnik Ramil Usuobv

-Surəti: Azərbaycan Respublikasının ombudsmanı Elmira Süleymanovaya

Noyabrın 28-də bir qrup mülki geyimli şəxs AzadlıqRadiosunun əməkdaşı Turxan Kərimovu oğurlayaraq Bakı şəhəri Nərimanov rayon 18-ci polis bölməsinə aparıb. Burada bölmənin rəisi heç bir səbəb açıqlamadan jurnalistdən müxtəlif suallara cavab almağa cəhd edib.

Rica edirik, 18-ci polis bölməsinin əməkdaşlarının Turxan Kərimova qarşı hərəkətlərinin arxasında duran səbəblərə aydınlıq gətirəsiniz.

Öz əməllərini izah etməyən polisin vətəndaşlarla belə davanışı Azərbaycan qanunvericiliyinin polisin fəaliyyətini tənzimləyən maddələrinə ziddir. Jurnalsitə qarşı törədildikdə isə həm də informasiya əldə etmək haqda qanunun pozulması kimi qiymətləndirilə bilər.

(Bu videonu çəkən Turxan Kərimovun qısası alınır?)

Yol polisinin yeni il "şirinliyi"
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00
Direct-ə keçid

Turxan Kərimov Azərbaycan polisinin sıralarının rüşvətxorluqdan təmizlənməsi işində xüsusi əməyi olan jurnalistdir, onun vaxtilə çəkdiyi görüntülərin başcılıq etdiyiniz nazirliyin bəlkə də bütün digər dövlət strukturlarından əvvəl Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə çağırışına qoşulmağında rolu olub.

Xahiş edirik Turxan Kərimovun başına gələnləri araşdırıb məlumat verəsiniz.

Əvvəlcədən təşəkkürlərimizi bildirərək diqqətinizə çatdırıq ki, AzadlıqRadiosu Nərimanov rayon 18-ci polis bölməsi əməkdaşlarının hərəkətlərini Turxan Kərimova mənəvi təzyiq göstərərək onun peşə fəaliyyətini məhdudlaşdırmaq cəhdi kimi qiymətləndirir və bunu təkzib edən məlumatların ortaya çıxmadığı təqdirdə məsələyə məhkəmə yolu ilə aydınlıq gətirmək niyyətindədir.

Ramil müəllim, xatırladırıq ki, bu, AzadliqRadiosu əməkdaşlarına qarşı ilk təzyiq halı deyil. Bu ilin mayında polisin gözü qarşısında əməkdaşımıza hücum və onun videokamerasının oğurlaması ilə bağlı Sizə müraciət etmişdik. Vəd olunsa da, təəssüf ki, indiyə qədər müraciətimiz cavabsız qalıb.

Biz əmin olmaq istəyirik ki, Nərimanov rayon 18-ci polis bölməsinin rəhbəri qeyri-rəsmi polis həmrəyliyinin təzahürü kimi vaxtilə yol polisinin gizli videosunu çəkən Turxan Kərimovdan qisas almır.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna deyib ki, «məsələ araşdırılır». Dekabrın 2-də isə öz mövqeyini Trend agentliyinə açıqlayan Daxili işlər nazirliyi AzadlıqRadiosunu ittiham edib

MÖVZU İLƏ BAĞLI LİVEBLOQU BURADA İZLƏ

XS
SM
MD
LG