Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:38

Papanın Türkiyəyə səfəri başladı


Dünyada sülh üçün bizim dinlərarası dialoqa ehtiyacımız var. Roma Papası Francis Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə belə deyib.

Papa din və ifadə azadlığının, dini teolerantlığın hər kəs üçün çatımlı olmasının vacibliyini vurğulayıb. Papa-nın sözlərinə görə, məhz bu yolla “Fanatizm və fundamentalizmi dəstəkləyən və qızışdıran ayrı-seçkilikllərə, irrasional qorxulara və yanaşmalara qarşı bütün inanclılar birgə mübarizə aparmalıdır.

Türkiyə prezidenti Ərdoğan Papanın bütün mesajlarına qoşulduğunu, ancaq dünya birliyini Türkiyənin dilə gətirdiyi məsələlər - Qərbdən gələn islamafob çağırışlar, Qəzzada İsrail dövləti tərəfindən günahsız uşaqların öldürülməsi, Qüdsdə Məscidi-əl Əqsaya qarşı təxribatlar, seçkilər yolu ilə hakimiyyətə gələn islamçıların çevrilişlərə hakimiyyətdən uzaqlaşdırlması, Suriyada dövlət terroruna göz yummağa çağırıb.

Roma Papası Francisin Türkiyəyə noyabrın 28-dən başlanan səfəri 3 gün davam edəcək. Papa öncə Ankarada Türkiyənin Baş müftisi Mehmet Görmezlə, İstanbulda xristian icmalarınınnümayəndələri ilə də görüşəcək. Görüşlərdə dini tolerantlığın təşviqi və ekstremizlə mübarizə əsas müzakirə mövzusu olacaq.

BU səfər Türkiyənin cənub sərhədlərində Suriya və İraqda İslam Dövləti yaraqlılarının fəallaşdığı dövrə təsadüf edir. Nəzarətindəki ərazilərdə Xilafət yarandığını elan edən İslam Dövləti təşkilatı şiə müsəlmanları, xristianları və onların dini görüşlərini bölüşməyən bütün dini qruplara qarşı müharibə elan edib.

Noyabrın 25-də Roma Papası Francis bildirib ki, İslam Dövləti yaraqlıları ilə dialoq imkansız görünsə də, yenə də bütün qapıları bağlamaq lazım deyil.

XS
SM
MD
LG