Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:40

Azərbaycanın «Eurovision» təmsilçisi «O səs Türkiyə»nin favoriti oldu (video)


Elnur Hüseynov. «O səs Türkiyə» mahnı yarışması. 2014
Elnur Hüseynov. «O səs Türkiyə» mahnı yarışması. 2014

Türkiyənin «O səs Türkiyə» məşhur mahnı yarışmasının bu dəfəki favoriti azərbaycanlı Elnur Hüseynov olub.

O, səhnəyə ingilis dilində ifa etdiyi «Lutch» mahnısı ilə çıxıb. Elnurun çıxışı münsifləri heyrətə gətirib. Münsiflərdən Gökan Özoğuz deyib ki,

Elnur Hüseynov "O səs Türkiyə" səhnəsində

yarışmada olduğu iki il müddətində ikinci belə səs görməyib.

Digər münsiflər HadisəEbru Gündeş də Elnurun çıxışını maraqla qarşılayıb. E. Hüseynovun ifasından şoka düşdüyünü bildiriblər.

Tamaşaçılar isə «bir daha» qışqıraraq Elnurun yenidən oxumasını istəyib.

«O səs Türkiyə» yarışmasının qaydasına görə, hər münsif yarışmaçının səsini bəyəndiyi halda əyləşdiyi kürsünün düyməsini sıxmaqla bunu təsdiq edir. Daha sonra onunla birlikdə işləməsini təklif edir. Yarışmaçı münsiflərdən birini seçir və finaladək onunla işləyir.

Elnurun ifasına münsiflərin 4 münsifin hər biri dönüb. O finaladək işləmək üçün Ebru Gündəşi seçib.

Azərbaycan ilk dəfə 2008-ci ildə «Eurovision» mahnı müsabiqəsində Elnur Hüseynov və Samir Cavadzadə dueti ilə iştirak edib. Azərbaycan həmin vaxt müsabiqədə 8-ci yeri tutmuşdu.

XS
SM
MD
LG