Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:30

İslamlaşma əleyhinə nümayiş rekord vurur-Mətbuat icmalı


Dresden
Dresden

Almaniyada islamlaşma əleyhinə mitinqə rekord sayda adam gəlib.

İraqda və Suriyada İslam dövləti təşkilatının yaratdığı seksual köləlik.

Putinin “parallel dünyası”.

Rublun düşməyi Rusiyanın qonşularına böyük problemdir.

Dünya mediası bu gün nədən yazır?

Drezdendə Almaniyanın islamalşması əleyhinə hər həftə keçirilən mitinqə bu dəfə rekord sayda adam gəlib – 17 min 500.

BBC xəbər verir ki, mitinqə toplaşanlar mühacirlərin ölkəyə axını əleyhinə çıxışları dinləyir,milad mahnıları oxuyurdular.“Vətənpərvər avropalılar Qərbin islmalaşdırılması əleyhinə” və ya Pegidaadlı təşkilat bu mitinqləri oktyabrdan təşkil edir.

Almaniya kansleri Merkel ölkə vətəndaşlarını bu mitinqlərə getməməyə çağırır.

Mitinqə gələnlər isə özlərini radikal və ya millətçi saymırlar. Onlar deyirlər ki, Avropanın xristian dəyərlərini qoruyurlar.

BBC-nin müxbiri xəbər verir ki, Drezdendə parallel aksiya da keçirilib: “Drezden nasistlərsiz!”. Ancaq bu mitinqə gələn az olub.

SEKSUAL KÖLƏLİK

Times qəzeti yazır ki, Amnesty İnternational Suriya və İraqda İslam Dövləti yaraqlılarının yaratdığı seksual köləlik haqda hesabat yayaıb.

Hesabat əsirlikdən qaçan 42 yezidi qadınla ətraflı söhbətləri əks etdirir. Onlar bildirirlər ki, qadınlar və qızlar köləliyə satılır və ya zorla İslam Dövləti yaraqlılarına ərə verilir. Əsirlikdən qaçan bir gənc deyib ki,onun 3 bacısını zorla aparıblar. Onların 13, 15 və 18 yaşları var idi. Chikaqo universitetində Yezidi məsələlərini öyrənən ekspert Matthew Barberdeyir ki,İslam Dövləti təşkilatı köləliyi dirçəltməklə böyük mənəvi iş gördüyünü düşünür.

Qəzet yazır ki, Sinjar şəhərini tutandan sonra İD qadınları yük maşınlarına yığıb, aparıb. Onları yaşına, təhsilinə və ailə vəziyyyətinə görə qruplara ayırıblar, sonra isə onları İD yaraqlıları arasında bölüşdürüblər. İD yaraqlıarı qadınları bir-birinə 20 dollara satır.

Yezidi kürdlərinin mənəvi lideri Baba Sheikh qadınlara dəyən mənəvi travmanı yüngülləşdirməyə çağırır. O bütün yezidi kürdlərə müraiət edir ki, zorakılığa məruz qalan qadınlar geri qayıdanda onlara mənəvi dəstək versinlər.

PUTİNİN PARALEL DÜNYASI

Financial Times qəzeti yazır ki, Putinin paralel dünyasında hər şey yaxşıdır. Qəzet Merkelin məlum fikrinə işarə edir ki, “Putin sanki başqa dünyada yaşayır”.

Məqalə müəllifi, Karnegi fondunun təhlilçisi Rumer hesab edir ki, Ukraynanı rahat buraxmaq və ya ölkənin daxilində liberal siyasət aparmaq kimi təkliflərə Putin, deyəsən, qulaq asmaycaq. Ən azı ona görə ki, bu, zəiflik kimi qəbul olunacaq.

Qıraqdan baxanlar düşünə bilər ki,G20 sammitində Putin tək-tənha qalmışdı. Ancaq Putin belə düşünmür. Onun fikrincə, son 15 ildə o, çox böyük işlər görüb.

Vaxtilə Putinlə eyni vaxtda öz ölkələrinin liderləri olanlar- George Bush prezidentlikdən iki bitməmiş müharibə və 1929-cu ildən bəri ən ağır iqtisadi böhranla getdi. Tony Bleir İraq müharibəsi ilə öz nüfuzuna xələl vurdu və indi diktatorların reytinqini artırmaq sahəsində onlara məsləhət verir. Schreder Qazproma işləyir. Berlusconi hər ay məhkəmələrdədir. Təkcə Putin hakimiyyətdədir və reytinqi 80 faizdir.

Müəllif soruşur ki, Putin Qərbə baxanda nə görür? ABŞ 2008-ci ildə iqtisadi fəakətdən güclə qurtardı, iqtisadi möcüzə hesab olunan Yaponiyada son 10 illik itirilmiş onillikdir. Almaniya tənəzzülün kəndarındadır. Yalnız bir ölkə var ki, son 15 ildə inkişaf edib. O da Çindir.

Müəllif hesab edir ki, Putin Çindən nəsə götürə bilər. Ancaq bunlar təbii ki, liberallaşma olmaycaq.

Rumer yazır ki, Putin Krımla və ya Ukraynanın şərqi ilə kifayətlənməyəcək. Ona bütün Ukrayna lazımdır.

O fikirləşir ki, Ukraynaya siyasi və iqtisadi təzyiq onun əvəzinə bu işi görəcək.

GERİ QAYITMAĞA ÜMİD YOXDUR

Guardian qəzetinin müxbiri Ukrayna daxilində -Donbasdan qaçan qaçqınlarla görüşüb. Onlarla söhbət əsasında hazırlanana məqalənin başlığı belədir: “ukraynalı qaçqınlar geri qayıtmağa ümidlərini itiriblər”.

BMT-nin hesabatına görə Krımdan 20 min adam qaçıb. Rusiyada 233 min qaçqın ukraynalı var.Ukraynalıların bir qismi də Belarusa və Polşaya qaçıb.

Qaçqın düşənlərdən biri Donetsk universitetinin rektoru Todorovdur. O, məzuniyyətdə olanda Donetsk rəhbərliyi onun yerinə rusiyapərəst müəllim Barışnikovu qoydu. Barışnikov vəzifəyə gələn kimi köhnə rektoru və 200 müəllimi “ideoloji düşmən elan” etdi. İndi Todorov Ujqorod universitetində müəlim işləyir.

RUBLUN DÜŞMƏYİ REGİONU SİLKƏLƏYİR

Rusiya rublunun düşməyindən qonşu ölkələr silkələnir. Financial Times qəzetindəki məqalə belə adlanır.

Renessans Capital şirkətinin təhlilçisi Kuzmin deyir ki, rublun zəifləməyi regionun bütün ölkələrinin valyutalarına təzyiqdir. Avropa Yenidənqurma və inkişaf Bankının təhlilçisi Preimanis isə hesab edir ki, Rusiyanın iqtisadi problemləri regionun iqtisadi artımını 1-3 faiz azaldacaq.

Rusiyanın qonşuları Rusiyada çalışan miqrantların evə göndərdiyi puldan da asılıdır. Tacikistanda miqrantların göndərdiyi pul Ümumi Milli Məhsulun 39, Qırğızstanda 31, Ermənistanda 24 faizidir.

Rusiyanın qonşularının daxili bazarında Rusiya şirkətləri və bankları əsas oyunçulardandır. Rusiya şirkətlərinin və banklarınınvəziyyətinin pisləşməsi bu ölkələrdə iqtisadi fəallığı kəskin azaldacaq.

XS
SM
MD
LG