Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:41

Bankomatdan ilk avro əskinasını baş nazir çıxardı


Yanvarın 1-də Litva rəsmi olaraq avroya keçib.

Avrozonaya qoşulmağın şərəfinə ölkənin baş naziri təntənəli şəkildə bankomatdan ilk avro əskinasını çıxarıb.

Baş nazir ümid etdiyini bildirib ki, avroya keçid Litva üçün həm iqtisadi, həm də siyasi stabilliyin qarantı olacaq.

Son dövrlər avro dollara nisbətən zəifləyib. İndi 1 avro 1.21 dollaradır.

Bu, Avropa Birliyinin üzvü olan Yunanıstanda iqtisadi böhranın yenidən kəskinləşməsi ilə bağlıdır.

XS
SM
MD
LG