Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:33

Hansı sənədsiz evlərə "küpça" verilir?


Arxiv fotosou.
Arxiv fotosou.

.

Gözlə

No media source currently available

0:00 0:03:46 0:00
Direct-ə keçid

- Sənədsiz evlərə mülkiyyət hüququnun verilməsinə yaşıl işıq yandı…
- Nəhayət ki, sevindirici qərardı.
- Biz yenə də evimizə sənəd ala bilməyəciyik.

KUPÇA ALMAĞA HANSI SƏNƏDLƏR LAZIMDIR?

"KUPÇA" ALMAĞA LAZIM OLAN SƏNƏDLƏRİN SİYAHISI

Prezidentin fərmanı ilə Azərbaycan Sovet Sosialist Respublikası ittifaqının tərəkibində olduğu vaxt yaşayış və bağ evlərinə verilmiş sənədlər:

  1. Yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələrinin verdiyi torpaq qeydləri;
  2. Yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma bürolarının verdiyi torpaq qeydləri;* şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələrinin verdiyi torpaqdan istifadə hüququna dair dövlət aktı;
  3. Kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları;
  4. Tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr;* şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr;
  5. Yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları;
  6. Yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları;

Bunlar müstəqillik illərindən öncəyə aidir. Müstəqillikdən sonrakı illərdəki mülklərin sənədləşməsini istəyənlər aşağıdakı sənədləri toplamalıdır:

  1. Şəhər və rayon xalq deputatları sovetlərinin 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə;
  2. Torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar;
  3. Kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə dair təsərrüfatbaşına kitablardan çıxarış;
  4. Üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanlarının 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda).

​Bunlar sosial şəbəkələrdə prezidentin yeni imzaladığı fərmana gələn şərhlərdir.

Söhbət daşınmaz əmlak obyektəri üzərində hüquqların əldə edilməsi, başqa sözlə sənədsiz evlərin mülkiyyət kimi tanınmasını təsdiqləyən sənədlərin siyahısı ilə bağlı fərmandan gedir.

SİYAHI KİMİNİN ÜZÜNÜ GÜLDÜRÜB, KİMİNİN YOX…

Prezident İlham Əliyevin yanvarın 13-də imzaladığı fərmanda uzun illərdir həllini tapmayan mülkiyyət hüququnun tanınmasına dair şəhadətnamələrin ("kupça") alınmasına lazım olacaq sənədlərin sihası əksini tapıb.

Bakı sakini Sənubər Heydərova bu fərmanı çoxdan gözlədiyini deyir. Amma fərmanla tanış olandan sonra o qədər sevinməyib:

“Mülklərinə sənəd ala bilməyənlərdən biri də mənəm. Çoxdan sənədsiz evlərlə bağlı fərmanın veriləcəyini gözləyirdik. Kifayət qədər hüquqi biliklərim olmasa da belə anladım ki, bu fərman bizə şamil olunmur. Çünki bizim ev elektrik şəbəkəsinin yaxınlığında yerləşir”.

YENİ FƏRMAN SƏNƏDSİZ MÜLKİ PROBLEMİ HƏLL EDƏCƏKMİ?

Sənubər Heydərovanın evu Bakıda Rəsulzadə qəsəbəsində yerləşir. Deyir ki, 20 il öncə onların yaşadığı ərazi Ermənistandan gələnlər salıb. Bakıda qaçqın və məcburi köçkünlərə məxsus sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı qərardan sonra əksər ailə öz mülkünə sənəd ala bilib. Amma Sənubər Heydərovanın işi bu dəfə də müşkülə düşüb:

“Bizə deyildi ki, bu qərar yalnız qaçqın və məcburi köçkünlərə aiddir. Mülkün sənədləşdirilməsindən imtina edildi. Sonra yenidən dəfələrlə müraciət etdik, bildirildi ki, bu mümkünsüzdür, ya da çox baha başa gələ bilər.

İndi yenidən fərman verilir. Bu dəfə də bizim mülkün həmin siyahıya düşmə ehtimalı azdır. Elektrik enerji qovşağının yaxınlığında yerləşməsini əsas gətirərək sənəd verməyə bilərlər. Amma bizim evin dörd tərəfində olan digər mülklərinin hamısının sənədi var”.

“FƏRMAN SƏNƏDSİZ MÜLKLƏRİN 10 FAİZİNİ BELƏ ƏHATƏ ETMİR…”

Mülkiyyət hüquqları üzrə ixtisaslaşan vəkil Müzəffər Baxış hesab edir ki, yeni fərman sənədsiz mülk probleminin az hissəsini həll edəcək. Onun fikrincə, digər bir problem fərmanda qeyd olunan sənədlərin toplanması ilə bağlıdır:

“Dünya Bankının sənədsiz evlərlə bağlı apardığı araşdırmaya görə təkcə Bakıda 500 min sənədsiz mülk var. Onların əksəriyyəti 2004-cü ildən sonra tikilib. Fərman isə 2004-cü ildən sonrakı tikintilər şamil olunmur.

Digər problem bələdiyyələrin satdığı topraqlarla bağlıdır. 1999-cu ildən 2004-cü ilə qədər bələdiyyələrdən alınan mülklərin taleyi yenə də açıq qalır.

Bundan başqa, neft ərazisində, yüksək gərginlikli elekrtik xəttlərinin yaxınlığında, yol kənarında yerləşən evlərin sənədləşməsində ciddi problemlər yaranacaq. Üstəlik bu fərmandakı sənədlər siyahısının toplanmasında da ciddi problemlər və bürokratik əngəllər yaranacaq. Mülkiyyətçi 1948-ci ildəki sənədləri haradan tapacaq? Bu sənədlərin əldə edilməsində ciddi problemlər yaranacaq”.

MÜLKİYYƏYÇİLƏR YENİ FƏRMAN GÖZLƏYİR…

Sənubər Heydərli kimi bəlkə də minlərlə mülkiyyətçi nəhayət ki, deyə biləcəyi bir fərman gözləyir:

“Çoxdan sənədsiz evlərlə bağlı fərman veriləcəyi deyilirdi. Ümidlə gözləyirdik. Amma gözləntilərimiz doğrulmadı. Yeni bir və daha əhatəli bir fərman gözləyirik”.

Prezidentin yanvarın 13-də imzaladığı fərmanda göstərilən sənədlərdən hər hansı biri əlində olan sənədsiz mülkiyyət sahibi artıq indidən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edə bilər. Çünki fərman imzalandığı gündən qüvvəyə minib.

Reyestr Xidməti isə aldığı sənədə 7 gün ərzində vətəndaşın müraciətinə cavab verməlidir.

XS
SM
MD
LG