Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:16

Fərqli düşünən sənətçilər sıxışdırıldığı üçün istefa verdi


Yevgeny Savostyanov
Yevgeny Savostyanov

-

"Kremlin havasına oynamayan sənətçilər gözümçıxdıya salınır".

Bunu əsas gətirərək Rusiya Mədəniyyət Nazirliyinin rəsmisi Yevgeny Savostyanov istefa verib.

Nazirlikdə Əqli Mülkiyyət üzrə Koordinasiya Şurasının rəhbəri olmuş Savostyanov deyir ki, hakimiyyət “sözə baxmayan sənətçilərin təcrid edilməsi” yolunu tutub.

O, nazir Vladimir Medinsky-yə ünvanladığı məktubda bu cür siyasətə görə xəcalət çəkdiyini yazıb.

Azadlıq Radiosunun rus xidmətinə müsahibə verən Savostyanov bildirib ki, rus rejissoru Andrei Zvyagintsev-in bu ilki “Oscar” mükafatına namizəd olan “Leviafan” filminin Rusiyada göstərilməsinə qadağa qoyulması üçün edilən çağırışlar utancvericidir.

"Leviafan" filmindən kadr
"Leviafan" filmindən kadr

Belə bir məqamda Mədəniyyət Nazirliyi susur.

Halbuki ucadan deməlidir ki, “fərqli fikrinə görə heç bir sənətçiyə qadağa qoyulmamlıdır”. Qeyd edək ki, "Leviafan" Rusiyada kök salan korrupsiya probleminə işıq tutur.

Andrei Zvyagintsev
Andrei Zvyagintsev

Savostyanov-un sözlərinə görə, nazir fərqli düşünən rejissorlara məhdudiyyət qoyulmasına şəxsən göstəriş verir.

Məsələn, onlara filmlərini festivallara göndərmək üçün maliyyə ayırmır.

“Axı niyə belə olmalıdır? Biz hamımız vergi veririk. Özü də ideoloji mövqeyimizdən asılı olmayaraq. Niyə kimlərsə çıxdaş edilməlidir, kimlərəsə şərait yaradılmalıdır” – deyə o soruşur.

Savostyanov deyir ki, nazirin iş prinsipləri sovet dövrünün sənətə kommunist yanaşmasını xatırladır. 1987-ci ildən bəri, yəni Gorbachev-in yenidənqurmasından bu yana, onun fikrincə, sənət adamlarına qarşı bu qədər məhdudiyyət olmayıb. Və bu, sənətçilərdə özünüsenzura yaradır.

“Biz Yuriy Andropovun ölümündən əvvəlki durğunluq dövrünə qayıdırıq” – deyə Savostyanov təəssüflənir.

Son dövrlərdə Rusiyanın Ukraynaya təcavüzünü pisləyən bir sıra məşhur sənətçilər təzyiqlərə məruz qalıblar. Onların konsertləri ləğv edilib.

XS
SM
MD
LG