Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:19

Nardaran Məhəmməd peyğəmbərin karikaturasına etiraz edir- [Fotolar]


Nardaranda etiraz aksiyası (Foto: AzadlıqRadiosu)
Nardaranda etiraz aksiyası (Foto: AzadlıqRadiosu)

-

Nardaran Şarli Hebdo-ya etiraz edir
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00
Direct-ə keçid

«İslam sahibsiz deyil», «Biz peyğəmbəri görmədən sevmişik»

Bu şüarlar yanvarın 21-də Nardarandakı aksiyada qaldırılıb.

Bu gün Nardaran sakinləri aksiya keçirib. Onlar Fransanın satirik Charlie Hebdo dərgisinə etirazlarını bildiriblər. Yanvarın 7-də terror hücumundan sonra bu dərgi Məhəmməd peyğəmbərin karikaturasını yenidən dərc etməyə başlayıb.
Nardaran Ağsaqqallar Şurasının sədri Hacı Natiq Kərimov bunu islama qarşı aparılan çirkin oyun adlandırıb:

«Peyğəmbərimizə lağ ediblər. Onun karikaturasını çəkiblər. Bu, islamafobiyaya qarşı etiraz aksiyasıdır. Biz heç vaxt başqa dinlərin müqəddəslərini ələ salmamışıq, bunu etməyəcəyik də…»

«...ONLARIN İSLAM ADINDAN ÇIXIŞ ETMƏYƏ İXTİYARLARI YOXDUR»

Nardaranlılar Azərbaycan hökümətinin də bu olaya reaksiya verməsini istəyiblər. Aksiyanın sonunda Amerika, İsrail, Fransa və Ermənistan bayraqları yandırılıb, qətnamə oxunub.

Nardaran Ağsaqqalları Şurasının sədri Hacı Natiq Kərimov yanvarın 7-də Parisdə Charlie Hebdo dərgisinə olan hücumu da pisləyib:

Natiq Kərimov
Natiq Kərimov

«Biz terror qəbul etmirik. Bizim inancımızda, İslamda terror qəbul olunmur. Nə İŞİD-in Nə Al-Qaidanın İslam adından çıxış etməyə qəti ixtiyarları yoxdur».

«CHARLİE HEBDO»​ OLAYLARI

Bildirək ki, Parisdə «Charlie Hebdo» həftəlik jurnalının redaksiyasına silahlı hücum zamanı 4-ü jurnalist olmaqla 12 nəfər qətlə yetirilmişdi.

Bu hücumda şübhəli bilinən Charif və Said Kouachi qardaşları 2 gün sonra polisin keçirdiyi əməliyyat zamanı öldürülüblər.

Onlar bu hücumla jurnaldan peyğəmbərin qisasını aldıqlarını deyirmişlər.
Jurnalın redaksiyasına basqından iki gün sonra, yanvarın 9-da Said və Cherif Kuaşi qardaşları Parisin şimalındakı sənaye məhəlləsində polis tərəfindən öldürülüblər.

İslam peyğəmbərinin karikaturalarına etiraz olaraq bəzi islam ölkələrində yürüşlər olmuşdu.

Bütün bunlara baxmayaraq, yanvarın 14-də sonuncu nömrə 5 milyon tirajla çap olunaraq bütün ünsxələri də dərhal satıldı.​

Nardaranda aksiya
Nardaranda aksiya

XS
SM
MD
LG