Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:46

Davos: Neftin qiymətinin bu qədər düşəcəyini banklar da gözləmirdi


Davos, 20 yanvar, 2015
Davos, 20 yanvar, 2015

2014-cü ildə bankların stress-test sınaqlarında neftin qiymətinin 50 dollaracan düşəcəyi nəzərdə tutulmurdu. Bunu Davos iqtisadi forumunda Britaniya-Honkonq bank qrupuHSBC-in direktorlar şurasının sədri Douglas Flint deyib.

Onun sözlərinə görə, “ Iqtisadiyyatda elə şeylər olacaq ki, biz indi bunları görmürük”.

Bank rəhbəri hesab edir ki, "görünməmiş vəziyyətlərdən çıxmağın yolu bankların kifayət qədər kapital ehtiyatıdır."

Yanvarın 21-də İsveçrənin dağ kurortu olan Davosda açılan Dünya İqtisadi Forumunda dünyanın 2500 siyasi və biznes lideri, ictimai xadimlər, iqtisadi, siyasi ekspertlər iştirak edir.

4 gün çəkəcək Forumda Fransa prezidenti Francois Hollande, ABŞ Dövlət katibi John Kerry, Almaniya kansleri Angela Merkel və başqa liderlər iştirak edir.

Yanvarın 21-dəki müzakirələrdə Fransanın Total şirkətinin başçısı Patrick Pouyanne deyib ki, “neftin indiki istehsal səviyyəsini saxlamağa nəhəng investisiyalar lazımdır."

Onun sözlərinə görə, “2030-cu ilə kimi neft istehsalının yarısı yoxa çıxacaq. Bu isə sutkada 50 milyon barreldir.

Bu o deməkdir ki, biz neft istehsalına nəhəng investisiya qoymalıyıq”.

O deyib ki, "dünyaya hər daha çox enerji lazımdır. Yaxın 20 ildə hər il enerji istehsalı 1 faiz artmalıdır."

Onun ehtimalına görə, "atom enerjisi də inkişaf edəcək. Ancaq yaxın 20 ildə neft və qaz həlledici rol oynayacaq."

Davosda iqlim problemi də qaldırılır. ABŞ-ın keçmiş vitse-prezidenti Al Gore və müğənni Pharrel Williams elan ediblər ki, iyunun 18-də 7 qitədə Canlı Yer Musiqisi tədbiri keçiriləcək. Tədbirin məqsədi iqlim dəyişikliyinə diqqəti cəlb etməkdir.

2007-ci ildə ekologiya üzrə Nobel mükafatı alan Al Gore deyib ki, iqlim məsələsində dünya bu gün hərəkət etməlidir.

Gore bildirib ki, 2014-cü il Yer üzündə ən isti il olub. Bunu ABŞ-ın hökumət agentliklərinin göstəriciləri deyir.

19-cu əsrdən aparılan statistika göstərir ki, 10 ən isti il 1997-ci ildən bəri olan illərdir.

Ukrayna prezidenti Petro Poroshenko Davosda deyib ki, Ukraynada hazırda 9 min Rusiya hərbçisi və 500-dən çox Rusiya tankı və artilleriya qurğusu, zirehli texnikası var.

XS
SM
MD
LG