Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:31

Neftçalada etirazçılar məhkəməyə çağırılır


Arxiv fotosu
Arxiv fotosu

-

Neftçalanın «Balıq bazarı»nda bir neçə gün öncə etiraz aksiyası keçirən 30-a yaxın ticarətçi məhkəməyə çağırılıb. Bu haqda AzadlıqRadiosuna bazarın rəhbəri Zakir Fərzəliyev məlumat verib.

Yanvarın 12-i və 13-də Neftçalada «Balıq bazarı» kimi tanınan «Vüsal» MMC-nin nəzdindəki ticarət mərkəzində çalışanlar bazardan çıxarılmalarına etiraz olaraq aksiyası keçirmişdi.

Aksiyaçıların sözlərinə görə, etiraza səbəb onların zorla digər ticarət mərkəzinə köçmələrinə məcbur edilmələridir.

Etirazçılar deyirdi ki, bir il öncə rayonun icra başçısı özünə böyük ticarət mərkəzi tikdirib. Şəhərdən kənarda yerləşdiyindən, həm də baha qiymətə təklif olunduğundan ticarətçilər bu mərkəzin dükanlarını və vitrinlərini icarə götürməyə maraq göstərməyiblər. Etirazçı tacirlərin sözlərinə görə, onları bu dükanları icarəyə götürməyə məcbur etmək üçün indiyə kimi müxtəlif vasitələrdən istifadə olunub. Onların bildirdiyinə görə, bunlardan biri də biri də polis vasitəsi ilə təzyiq göstərməkdir. Tacirlər deyirdi ki, bütün təzyiqlərə baxcmayaraq, işlərinə davam edəcəklər.

Bazarın rəhbəri Zakir Fərzəliyev deyir ki, aksiylardan sonra bazara baytarlıq idarəsinin işçilərini göndəriblər. Onun sözlərinə idarə əməkdaşları bazarda çalışan ticarətçiləri kütləvi cərimələməyə başlayıb:

Necə olur ki, eyni yerdən alınan balıq onlarda keyfiyyətli, bizdə keyfiyyətsiz olur? Qanunla cərimənin ödənməsi üçün ən az bir ay vaxt tanınır. Üstündən 1 həftə keçməmiş məhkəməyə veriblər ki, cərimə ödənməlidir

«Bizim bazarda satılan balıqlar hamısı müayinə olunmuş balıqlardır. Yəni, topdansatış yerlərində yoxlanıldıqdan sonra bizimkilər gedib alıb gətirir. Həmin yerdən icra hakiminə məxsus ticarət mərkəzində çalışan ticarətçilər də balıq alır. İndi bizim bazarda balıq satanları yarasız məhsul satdıqlarına görə sifarişlə kütləvi cərimə edirlər ancaq, digər ticarət mərkəzindəkiləri yox. Necə olur ki, eyni yerdən alınan balıq onlarda keyfiyyətli, bizdə keyfiyyətsiz olur? Qanunla cərimənin ödənməsi üçün ən az bir ay vaxt tanınır. Üstündən 1 həftə keçməmiş məhkəməyə veriblər ki, cərimə ödənməlidir. Yanvarın 22-də hamıya zəng vurub məhkəməyə çağırıblar. Bu artıq təzyiqin yeni növüdür. Görürlər ki, çıxmaq istəmirlər, axıra kimi gedib təslim etmək istəyirlər».

Neftçala Rayon Baytarlıq İdarəsinin rəhbəri Mələk Hüseynova AzadlıqRadiosuna müsahibəsində bazarda çalışan bir neçə satıcının cərimələndiyini təsdiqlədi. Lakin o, bunu sifarişlə yox, qanunun tələblərinə uyğun etdiklərini bildidirir:

«Laboratoriya əvvəl «Balıq bazarı» kimi tanınan ticarət mərkəzində idi. İndi isə köçürülüb yeni ticarət mərkəzinə. Bu mərkəz kimindir, bizi maraqlandırmır. Əsas odur ki, burada bizə çox gözəl şərait yaradılıb. Böyük lboratoriyası var. Ancaq, köhnə bazarda bu şərait yox idi. Deyirik ki, hamı gəlsin, məhsulları burada müayinədən keçirsin. Onlar da yolun uzaqlığını bəhanə edib, gəlmək istəmirlər. 7-8 nəfəri cərimələmişik. Cəriməni ödəmədiklərindən, məhkəməyə müraciət etmişik».

Neftçala rayon icra başçısının müavini Dilavər Quliyev AzadlıqRadiosuna müsahibəsində ticarətçilərin səsləndirdiyi iddiaları cəfngiyyat sayıb:

«Bunlar hamıs uydurmadır. İcra başçısının heç yerdə ticarət mərkəzi yoxdur. Rayonda hər kəs qanun çərçivəsində ticarətlə məşğul ola bilər. Polislər də bu cür məsələlərə müdaxilə etmirlər».

XS
SM
MD
LG