Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:54

Donbas müharibəsinin xronikası 24-25 yanvar

_

UKRAYNA HAQDA BÜTÜN XƏBƏRLƏRİ BURADA OXU

- Yanvarın 24-də Ukraynanın Mariupol şəhəri güclü "Qrad" atəşinə tutulub. Yaşayış massivinə düşən reaktiv mərmilərdın 100-dən artıq adam yaralanıb və həlak olub


- Atəşkəs təkliflərini rədd edən Donetsk separatçıları Mariupol şəhəri də daxil olmaqla bütün Donetsk vilayətini ələ keçirəcəklərini elan edirlər

- Xarici səfərini yarımçıq qoyub təcili Ukraynaya qayıdan prezident Petro Poroshenko bəyan edib ki, Ukrayna ordusu separatçların hücumlarına cavab verəcək.

- ATƏT müşahidəçiləri Mariupolun separatçıların mövqelərindən atəşə tutulduğunu bildirib. Separatçılar iddia edirlər ki, Qrad mərmilərini şəhərə Ukrayna ordusunun Berdyanskdakı batareyaları atıb.

- Donetsk vilayətinin separatçılarla Ukrayna ordusunun bütün cəbhə xətti boyunca ağır döyüşlərin getdiyi bildirlir.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

SBU Mariupola hücumda şübhəli bildiyi şəxsi yaxalayıb

Ukrayna təhlkükəsizlik xidmətinin təmsilçisi deyir ki, "Qaişnik" ləqəbli terrorçunu yaxalayıb. Bildirilir ki, onun separatçılar üçün raket zərbələrini korrektə etməsini göstərən təkzibedilməz faktlar mövcuddur. Şübhəli şəxs dindirilmək üçün Kiyevə aparılıb.

Bir gün əvvəl SBU 2 terrorçu kimi təqdim etdiyi şəxsin telefon danışığının səsini yaymışdı. Söhbətdə Mariupoluna raketlərlə bombalamasından danışılır. Biri müəyyən yeri bombalamaq haqda əmr verəndə müsahibi ona etiraz edir ki, orada 9 mərtəbəli yaşayış binaları var. Əmr verən razılaşmır, deyir ki, onun nəzərdə tutduğu yerlə yaşayış binaları arasında xeyli məsafə var. Bir qədər sonra (videoda iddia olunur ki, söhbətin 2-ci hissəsi Mariupola atəşdən sonra aparılır) əmr verən qəzəblənir ki, "göz"dən (atəşi yönəldən şəxs) niyə istifadə etməyib. Söhbət onunla bitir ki, raketlərin yaşayış binalarına dəyməsi heç birini xüsusi narahat etmir. "Eybi yox - belə daha tez qaçarlar" deyirlər

Barack Obama Ukraynaya köməkdən danışdı

Yanvarın 25-də Hindistanda rəsmi səfərdə olan ABŞ prezidentinə Ukraynadakı hadisələrlə bağlı sual verildi. Ukraynadakı dinc əhaliyə hücumu pisləyən ABŞ prezidenti dedi ki, Ukrayna separatçıları Rusiyadan bütün mümkün yollarla yardım alırlar. Ona görə də, ABŞ bir tərəfdən Rusiyaya sanskiyalar tətbiq edir, digər tərəfdən də Ukraynaya öz ərazisinə nəzarəti təmin etmək üçün maddi və texniki yardım olunur.

Yanvarın 24-də BMT TŞ-nın Mariupol faciıəsi ilə bağlı bəyanatının qəbul olunması Rusiya tərəfindən əngəllənib. Britaniya nümayəndəsinin təklif etdiyi bəyanat layihəsində hücumun pislənilməsi və araşdırma aparılması haqda maddələrlə yanaşı separatçı liderlərinin sülh danışıqlarından imtina etməsi faktı da öz əksini tapırdı. Rusiya səfiri sonuncuya görə bəyanata veto qoyub.

Donbasda müharibə Krımdan başladı


Ukraynanın şərqindəki silahlı münaqişə uzandıqca onun necə və nədən başladığı unudulur. Donetsk və Luqanskdakı silahlı separatizm Moskva Krımı öz ərazisi elan edəndən sonra baş qaldırdı. Bu hərərkatın beşiyində duranladan biri İgor Girkin/Strelkov mediada etiraf edir ki, heç Krımda da xüsusi olaraq Moskvaya can atmaq haqda düşünmürdülər. Deyir ki, Krım deputatlarını yaraqlılar az qala zorla bir yerə toplayıb qərar verməyə məcbur ediblər. Onun fikrincə, Krımla Donbassın fərqi ondadır ki, burada Krımdakı kimi Rusiyanın qoşunları yox idi, ona görə də Ukrayna ordusu ilə toqquşmalar başladı.

Xatırladırıq ki, Krımın ilhaqına haqq qazandıran Moskva məhz Krım deputatlarının "legitim qərarına" istinad edir, əksinə Kiyevdə - Yanukovichin hakimiyyətdən getməsini qanunsuz adlandırırdı.

Ötən dövr ərzində Donetskdə 5 minə yaxın adamın öldüyü bildirilir. Müharirbənin sonu isə görünmür.

Mariupola 2 istiqamətdən raket atılıb.

ATƏT müşahidəçilərinin gəldiyi nəticə belədir ki, Mariupol DNR separatçılarının nəzarətində olan ərazilərdəki 2 istiqamətdən Qrad və Uraqan reaktiv artilleriya qurğularından atəşə tutulub. Bildirlir ki, Qrad raketləri Mariupolun şərqindəki yayayış massivinə Mariupolun Olimpiyskaya küçəsindən 19 kilometr şimal-sərqdən, Uraqan raketləri isə təqribən 15 kilometr şərqdə, Zaiçenko tərəfdən atılıb. Hər 2 ərazi yaraqlı separatçıların nəzarətindədir.

Xatırladırıq ki, yanvarın 24-də atəşə tutulan yaşayış massivindən bir qədər aralı Ukrayna ordusunun blok-postu olub. Ukrayna tərəfi ehtimal edir ki, separatçılar həmin postu vurmaq istəyiblər, lakin ballistik hesabları düzgün olmayıb. Kiyev həmçinin bəyan etmişdi ki, Ukrayna ordusu Mariupola atəş açan 6 Qrad qurğusundan 4-ünü cavab atəşi ilə sıradan çıxarıb.

Davamı

XS
SM
MD
LG