Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:26

Hormonla şişirdilən toyuğun hansı zərərləri var?- [video]


Broyler
Broyler

-

Broyler toyuqlarının necə şişirdildiyi araşdırılır- [video]

Bu günlərdə sosial şəbəkələrdə broyler toyuqlarının hormonlarla şişirdilməsinə dair videonun yayılması bu mövzuya bir daha diqqət çəkdi.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarət xidmətinin şöbə rəisi Mənsim Babayev fevralın 13-də ANS televiziyasında açıqlamasında deyib ki, məsələ araşdırılır:

«Bu sahədə nəzarəti gücləndirmişik. İstehsalçılardan xəbərsiz bazarlardan bir neçə nümunələr götürüb laboratoriyamıza vermişik. Nəticələr bəlli olanda ictimaiyyətə məlumat verəcəyik. Əlbəttə ki, toyuqların xüsusi yollarla şişirdilməsi yolverilməzdir».

AzadlıqRadiosu məsələ ilə bağlı yerli broyler təsərrüfatlarının da fikrini öyrənməyə çalışıb. 2 gün ərzində nə telefon zəngləri, nə də elektron məktublar cavablandırılıb.

HORMONLU QİDALARLA BƏSLƏNƏN TOYUQLAR

Broyler toyuqlarının keyfiyyəti zaman-zaman həkimlərin, ekspertlərin müzakirə mövzusu olub.

ABŞ-ın Con Hopkins və Arizona universitetlərinin alimləri araşdırmalar nəticəsində qənaətə gəliblər ki, qabaqcıl Avropa ölkələrində broyler təsərrüfatında istifadə edilən yemlərin tərkibinə çoxsaylı dərman vurulur. İnsan orqanizmi üçün daha çox təhlükə törədən antibiotiklərin vurulması toyuğun kəsimindən 7 gün öncədən dayandırılmalıdır. Amma təsərrüfatların buna necə əməl etdiklərini demək çətindir.

Türkiyə mətbuatı da son zamanlar broyler məhsullarının insanlarda müxtəlif xəstəliklərə yol açdığına geniş yer verir. Türkiyənin xüsusilə də tanınmış həkim, professorları Ahmet Rasim KüçükustaYavuz Dizdar-ın bu barədə araşdırmaları mətbuatda və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Professorların iddialarına görə, antibiotiklə kökəldilən toyuqlar xüsusilə də uşaqların sümük-əzələ sisteminin inkişafına pis təsir edir. İnsanlarda böyrək xərçənginin yaranmasına səbəb olur. Çünki broylerdə istifadə olunan yemin tərkibi geni dəyişdirilmiş orqanizmlərdən ibarətdir. Digər professor Ahmet Rasim Küçükusta isə broylerdə toyuqların hormonlu qidalarla bəsləndiyini deyir.

Doktor Vasif İsmayıl
Doktor Vasif İsmayıl

«HORMONLAR İNSANLARDA MÜƏYYƏN DƏYİŞİKLİYƏ SƏBƏB OLUR»

Tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl hormonlarla şişirdilən toyuqların insan orqanizminə vurduğu zərərin hələ elm tərəfindən dəqiq öyrənilmədiyini deyir:

– Hormonlarla şişirdilən broyler toyuqlarının insana nə şəkildə zərər verdiyi elm tərəfindən hələ dəqiq isbat edilməmişdir. Ancaq ətin daxilində toplanan hormonların onları qəbul edən insanlarda müəyyən dəyişikliklərə səbəb olacağı düşünülə bilər. Anaboliktəsirə malik bu maddələr qadın hormonu - estrogen bənzəri təsir göstərir. Bu da kişilərdə sperma keyfiyyətinin azalmasına və cinsi istəkdə geriləmə şəklində özünü göstərə bilər.

- Bəs antibiotiklə kökəldilən toyuqların əsasən uşaqlarda sümük-əzələ sisteminin inkişafına pis təsir etməsi, insanlarda böyrək xərçənginin yaranmasına səbəb olma kimi iddiaları nə dərəcədə düzgün hesab edirsiniz?

- Antibiotiklərin istifadəsi məhdudlaşdırılmışdır, ancaq tövsiyə edilir. Xəstəlik olan toyuq məhsulları konkret zərərlidir. Ancaq antibiotik dozasının insana nə qədər zərərli olduğu mübahisəlidir.

XS
SM
MD
LG